Azərbaycan Tibb Universitetinin yeni təmir olunmuş yataqxanası istifadəyə verilib

Azərbaycan Tibb Universitetinin yeni təmir olunmuş yataqxanası istifadəyə verilib
Bütün Xəbərlər
13:49 10.10.2013
1690

 Bu gün Azərbaycan Tibb Universitetinin (ATU) 1 saylı tələbə yataqxanasının təmirdən sonra açılışı olub. 

AZXEBER.COM-un məlumatına görə, açılış mərasimində iştirak edən universitetin rektoru Əhliman Əmiraslanov təmir olunmuş yataqxana binasındakı otaqları gəzib, tələbələr üçün yaradılan şəraitlə tanış olub.

Qeyd olunub ki, 180 nəfər üçün nəzərdə tutulan yataqxanada oğlan tələbələr yaşayacaq. Beş mərtəbəli yataqxana binasının hər mərtəbəsində mətbəx, yeməkxana, hamam var. Otaqlar zəruri mebel və sanitar qovşağı ilə təmin olunub.

Müasir yataqxana binasının hər mərtəbəsində istirahət otaqları, tələbələrin yaxınları ilə görüşməsi üçün 2 qonaq otağı, oxu zalı da fəaliyyət göstərir. Binanın ikinci mərtəbəsi  xarici tələbələr üçün nəzərdə tutulub. Burada 15 təkadamlıq otaq, 8 dörd nəfərlik, 8 iki nəfərlik,  39 üç nəfərlik otaqlar var.

 

OXŞAR XƏBƏRLƏR