Azərbaycan, Türkiyə və Gürcüstan birgə hərbi təlimə başladı

Azərbaycan, Türkiyə və Gürcüstan birgə hərbi təlimə başladı
Bütün Xəbərlər
11:42 24.09.2012
1244
Bu gün Ankarada Azərbaycan, Türkiyə və Gürcüstan hərbçilərinin iştirakı ilə “Sonsuzluq 2012” (Eternity-2012) komanda qərargah təlimləri başlayıb. ANS-in Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahının rəsmi saytına istinadən verdiyi xəbərə görə, “Sonsuzluq (Eternity) Manevri”adlanan hərbi təlimlərdə Azərbaycan, Türkiyə və Gürcüstan Silahlı Qüvvətlərinin heyətləri iştirak edəcəklər. 24-28 sentyabrda 2012-ci il tarixində baş tutacaq təlimə Türkiyədən 19 (2-si BOTAŞ-ın nümayəndəsi olmaqla) nəfər qatılacaq.
OXŞAR XƏBƏRLƏR