Azərbaycan, Türkiyə və İranın xarici işlər nazirləri Elmar Məmmədyarov, Əhməd Davudoğlu və Əli Əkbər Salehi bu gün Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovla görüşüblər.
AZXEBER.COM-un məlumatına görə, görüş mediaya qapalı keçib. Daha sonra nazirlərin təkbətək görüşü keçirilib.
Bu gün nazirlərin üçtərəfli və geniş tərkibli görüşləri planlaşdırılır. Görüşdən sonra nazirlər mətbuat konfransı keçirəcəklər.