'Azərbaycan-Türkiyə, Xocalı üçün tək ürək' aksiyasına start verildi - MƏTN

GƏNCLİK
11:41 30.01.2012
1749

 Xaricdə Təhsil Alan və Məzun Olmuş Azərbaycanlı Gənclərin Beynəlxalq Forumu – ASAIF Türkiyədə böyük yürüş-aksiya keçirməyi planlaşdırır. AZXEBER.COM ASAİF-dən verilən məlumatı olduğu kimi təqdim edir. "1992-ci il fevralın 25-dən 26-a keçən gecə Ermənistan silahlı qüvvələri, Azərbaycanın Dağlıq Qarabağ ərazisindəki erməni silahlı dəstələri, keçmiş SSRİ-nin Xankəndində yerləşən 366-cı motoatıcı alayının şəxsi heyətinin və texnikasının bilavasitə iştirakı ilə Xankəndi ilə Əsgəran arasında yerləşən Xocalı şəhərini zəbt edərək, Azərbaycan xalqına qarşı soyqırım siyasətini həyata keçirmişdir.  

Bu il, bu dəhşətli faciədən 20 il ötür. Bu zaman ərzində hər bir azərbaycanlı bu dəhşətli hadisəni yaddaşında “qanlı yaddaş” kimi həkk edib, qorumaqdadır. Şəhidlərimizin ruhu qarşısında borcumuzu az da olsa ödəmək, onların ruhlarını şad etmək və Vətənimizin haqq səsini dünya ictimaiyyətinə duyurmaq məqsədi ilə Xaricdə Təhsil Alan və Məzun Olmuş Azərbaycanlı Gənclərin Beynəlxalq Forumu – ASAIF qardaş ölkə Türkiyədə böyük yürüş-aksiya keçirməyi planlayır. Bu aksiyanın son 20 ildə böyük Türk milləti tərəfindən keçirilən ən böyük aksiya olacağı gözlənilir. Türkiyənin bütün şəhərlərində azərbaycanlı və Azərbaycanı sevən Türkiyəli Türk qardaşlarımız, həmçinin Avropa ölkələrində və dünyanın bir çox yerində Vətən sevgisi ilə yanan ürəklər 26 fevral 2012 tarixində məhz bu aksiya çərçivəsində İstanbulda Taksim meydanında (yer dəyişikliyi olsa xəbər veriləcək) Xocalı qətliamında şəhid olan həmvətənlərimizin əziz xatirələri üçün birləşəcək! Xatırlatmaq istərdik ki, bu il Avropanın bütün demokratik dəyərlərinə və Avropanın demək olar mənəvi əsasını təşkil edən söz azadlığı və şəxsi fikrin rahat şəkildə ifadəsi prinsipini alt-üst edərək Fransa senatı qondarma “Erməni soyqırımı”nı inkar edənlərə 1 il həbs və 45 min avro pul cəzası qanunu qəbul etmişdir. Xocalıda törədilənlər isə müasir tarixin ən ağır və insanlıq dəyərlərinə sığmayan bir vəhşilik aktı olmasına baxmayaraq dünya ictimaiyyəti tərəfindən hələ də yetəri qədər bilinmir. Məhz planlaşdırılan bu aksiya ilə dünya Türkün gücünü və birliyini hiss edəcək. Qeyd etmək istərdik ki, bu aksiyaya Türkiyədə fəaliyyət göstərən onlarla gənclər və tələbə təşkilatları, ictimai birliklər, Türk təşkilat və hərəkatları tam dəstək verməkdədirlər. Aksiya haqqında yenilənən məlumatları Facebook-da “AZERBAYCAN-TÜRKİYE,HOCALİ İÇİN TEK YÜREK!” tədbirinə qatılaraq vəya twitter-də @hepimizhocalili adını izləyərək əldə edə bilərsiniz. Xocalı Soyqırımı haqqında daha geniş məlumat üçün ASAIF rəsmi veb səhifəsi www.asaif.org -a daxil olmağınız kifayətdir. İstənilən məsələ ilə bağlı suallarınızı və təkliflərinizi [email protected]/* */ ünvanına göndərə bilərsiniz". 
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Sumqayıtda 70 yaşlı qadın sirkə turşusunu içərək ölüb
23:31 02.05.2025
Sumqayıtda 70 yaşlı qadın sirkə turşusunu içərək ölüb
Əhalinin nəzərinə: Maaş sistemində vacib dəyişiklik olacaq
22:47 02.05.2025
Əhalinin nəzərinə: Maaş sistemində vacib dəyişiklik olacaq
“Traktor” vaxtından əvvəl İran çempionu olub
22:27 02.05.2025
“Traktor” vaxtından əvvəl İran çempionu olub
Pakistan səfiri: Hindistan dövlət səviyyəsində terrorçuluqdan istifadə edir
22:13 02.05.2025
Pakistan səfiri: Hindistan dövlət səviyyəsində terrorçuluqdan istifadə edir
Bir evdən dörd tabut çıxdı - Valideynlər yaşadıqları ağrını danışdılar - VİDEO
21:55 02.05.2025
Bir evdən dörd tabut çıxdı - Valideynlər yaşadıqları ağrını danışdılar - VİDEO
Adnan Oktar iki cinayətdən bəraət aldı: "Qadınların mənə olan sevgisi çox qısqanıldı"
21:33 02.05.2025
Adnan Oktar iki cinayətdən bəraət aldı: "Qadınların mənə olan sevgisi çox qısqanıldı"
Hikmət Hacıyev beyin mərkəzlərinin rəhbərləri ilə Ermənistanla normallaşmanı müzakirə edib
21:24 02.05.2025
Hikmət Hacıyev beyin mərkəzlərinin rəhbərləri ilə Ermənistanla normallaşmanı müzakirə edib
Aİ missiyasının müşahidəçisi İrəvanda ölü tapılıb
21:12 02.05.2025
Aİ missiyasının müşahidəçisi İrəvanda ölü tapılıb
Almaniya ifrat sağçı AfD partiyasını "ekstremist" elan edib
21:05 02.05.2025
Almaniya ifrat sağçı AfD partiyasını "ekstremist" elan edib
Məzahir Pənahovun oğlu arvadına işgəncə verib - Ağır ittihamlar
20:42 02.05.2025
Məzahir Pənahovun oğlu arvadına işgəncə verib - Ağır ittihamlar
Tramp Harvard Universitetini vergidən azad statusundan məhrum etməyi planlaşdırır
20:31 02.05.2025
Tramp Harvard Universitetini vergidən azad statusundan məhrum etməyi planlaşdırır
Aqata Musenize ikinci dəfə ərə gedir - FOTO
20:20 02.05.2025
Aqata Musenize ikinci dəfə ərə gedir - FOTO
"Real" Modriç və Vaskeslə müqavilənin müddətini iki həftə uzatmaq niyyətindədir
20:09 02.05.2025
"Real" Modriç və Vaskeslə müqavilənin müddətini iki həftə uzatmaq niyyətindədir
Məşhur aktyor zəlzələyə görə İstanbulu tərk etdi
19:59 02.05.2025
Məşhur aktyor zəlzələyə görə İstanbulu tərk etdi
"Ən yaxşı ailə elə müğənnilərdədir" - Zamiq
19:48 02.05.2025
"Ən yaxşı ailə elə müğənnilərdədir" - Zamiq
Ərdoğan: Türkiyə təbii qaz və neft kəşfiyyatı sahəsində qlobal aktora çevriləcək
19:37 02.05.2025
Ərdoğan: Türkiyə təbii qaz və neft kəşfiyyatı sahəsində qlobal aktora çevriləcək