Azərbaycan üçün “Oscar” həyəcanı başlayır

Azərbaycan üçün “Oscar” həyəcanı başlayır
MƏDƏNİYYƏT
18:50 22.10.2025
416
Azərbaycan kinosu beynəlxalq arenaya daha bir güclü addım atır!

AZXEBER.COM xəbər verir ki, "Tağıyev: Neft” filmi 98-ci Kino Sənəti və Elmləri Akademiyasının ("Oscar”) mükafatlarına "Ən Yaxşı Beynəlxalq Bədii Film” kateqoriyasında ölkəmizdən rəsmi namizəd seçilib.

Kino Sənəti və Elmləri Akademiyası ("Oscar”) "Ən Yaxşı Beynəlxalq Bədii Film” kateqoriyası üzrə qısa siyahını 2025-ci il dekabrın 16-da, əsas nominasiyaları isə 2026-cı il yanvarın 15-də elan edəcək. Mükafatlandırma mərasimi isə 2026-cı il martın 15-də Los-Anceles şəhərində baş tutacaq.

Azərbaycan Kinematoqrafçılar İttifaqının nəzdində fəaliyyət göstərən Film Seçim Komitəsinin qərarı ilə təqdim edilən ekran əsəri xalqımızın yaddaşında dərin iz buraxmış sənayeçi, neft maqnatı və xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin ömür yolunu və Azərbaycanın sosial, iqtisadi və mədəni inkişafına verdiyi misilsiz töhfələri tamaşaçılara çatdırmaq məqsədi daşıyır.

Film Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi və ARKA-nın dəstəyi ilə Bakı Media Mərkəzi tərəfindən istehsal olunub. "Tağıyev: Neft” filmi güclü yaradıcı komandanın birgə əməyinin nəticəsidir. Baş prodüser Arzu Əliyeva, prodüser Orman Əliyev, rejissor Zaur Qasımlı, ssenari müəllifləri İsmayıl İman, Asif İsgəndərli və Zaur Qasımlı, operator Vladimir Artemyev, rəssam Səbuhi Atababayev, geyim rəssamı Vüsal Rəhim və bəstəkar Etibar Əsədli filmin uğurunda mühüm rol oynayıblar.

Filmdəki tarixi obrazları Xalq artistləri Pərviz Məmmədrzayev (Tağıyev), Qurban İsmayılov, Əməkdar artistlər Rasim Cəfər, Elşən Rüstəmov və Natəvan Hacıyeva daxil olmaqla, peşəkar aktyor heyəti canlandırıb.
 
///OLAY 
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Əfv Sərəncamının icrasına başlanılır
14:31 23.09.2026
Əfv Sərəncamının icrasına başlanılır
Maaşlar artdıqca qiymətlər də bahalaşır – Gələcəkdə vətəndaşları nə gözləyir?
14:29 23.09.2026
Maaşlar artdıqca qiymətlər də bahalaşır – Gələcəkdə vətəndaşları nə gözləyir?
“Sən Alimsən axı, sən də Üzeyir... ” - Gündəm olan duetə sözardı
14:16 23.09.2026
“Sən Alimsən axı, sən də Üzeyir... ” - Gündəm olan duetə sözardı
Mərkəzdə mənzil axtaranlar üçün yeni imkanlar: Nərimanovda satışlar başladı
14:08 23.09.2026
Mərkəzdə mənzil axtaranlar üçün yeni imkanlar: Nərimanovda satışlar başladı
“Daha çox izlənmək istəyirsinizsə...” – Osman Gündüz
14:06 23.09.2026
“Daha çox izlənmək istəyirsinizsə...” – Osman Gündüz
Bu şəxslərə 6000 manat birdəfəlik müavinət verilir - RƏSMİ
13:58 23.09.2026
Bu şəxslərə 6000 manat birdəfəlik müavinət verilir - RƏSMİ
Sentyabr ayında mediada ən aktiv deputatlar kimlər olub? - SİYAHI
13:50 23.09.2026
Sentyabr ayında mediada ən aktiv deputatlar kimlər olub? - SİYAHI
Hacıbəy Heydərli: “Süni intellekt medianın gələcəyini dəyişdirən mühüm vasitədir”
13:36 23.09.2026
Hacıbəy Heydərli: “Süni intellekt medianın gələcəyini dəyişdirən mühüm vasitədir”
İrəvanda görüş planlaşdırılırdı - Azərbaycanın istəyi ilə təxirə salındı
13:27 23.09.2026
İrəvanda görüş planlaşdırılırdı - Azərbaycanın istəyi ilə təxirə salındı
Bakı-Sumqayıt yolunda dəhşətli qəza - Ölən və yaralananlar var
13:12 23.09.2026
Bakı-Sumqayıt yolunda dəhşətli qəza - Ölən və yaralananlar var
İndoneziyada gəmi faciəsi: Ölənlərin sayı artdı
13:11 23.09.2026
İndoneziyada gəmi faciəsi: Ölənlərin sayı artdı
Bakıda skuterdən yıxılan 42 yaşlı kişi öldü
12:45 23.09.2026
Bakıda skuterdən yıxılan 42 yaşlı kişi öldü
“Mən səndən yaxşı geyinmişəm” – Məktəblərdəki geyim fərqinin TƏSİRLƏRİ
12:39 23.09.2026
“Mən səndən yaxşı geyinmişəm” – Məktəblərdəki geyim fərqinin TƏSİRLƏRİ
Azərbaycanla bu ölkə arasında viza ləğv edilir
12:39 23.09.2026
Azərbaycanla bu ölkə arasında viza ləğv edilir
Sabahın havası ilə bağlı xəbərdarlıq - Yağış yağacaq, şimşək çaxacaq
12:36 23.09.2026
Sabahın havası ilə bağlı xəbərdarlıq - Yağış yağacaq, şimşək çaxacaq
Bərdədə avtomat silah və patronlar aşkarlandı - şübhəli saxlanıldı
12:33 23.09.2026
Bərdədə avtomat silah və patronlar aşkarlandı - şübhəli saxlanıldı