“Azərbaycan Uşaq Qaynar Xətti”nə 1600-ə yaxın müraciət daxil olub

“Azərbaycan Uşaq Qaynar Xətti”nə 1600-ə yaxın müraciət daxil olub
İQTİSADİYYAT
11:08 14.10.2025
398
Müraciətlərin böyük hissəsi 15–18 yaş aralığındakı yeniyetmələr tərəfindən edilib.

AZXEBER.COM xəbər verir ki, Azercell-in dəstəyi ilə fəaliyyət göstərən "Azərbaycan Uşaq Qaynar Xətt” xidməti (AUQX) 2025-ci ilin iyul-sentyabr ayları ərzində 1594 müraciət qəbul edib.
Müraciətlərin 512-si psixoloji dəstəyə ehtiyacla bağlı olub və bu istiqamət ilin ilk altı ayında olduğu kimi üstünlük təşkil edib. Bununla yanaşı, 261 sosial məsələ, 232 zorakılıq halı, 227 hüquqi yardım, 98 təhsil, 14 səhiyyə və 250 müxtəlif məzmunlu sorğu qeydə alınıb. 

Statistikaya əsasən, müraciət edənlərin 59%-ni qadınlar, 29%-ni kişilər təşkil edib. Müraciətlərin 12%-i isə xidmətə anonim qaydada ünvanlanıb. Yaş bölgüsünə görə, ən çox müraciət 15–18 yaş aralığındakı yeniyetmələr tərəfindən edilib - 1147. Digər sorğuların 335-i 11–14 yaş, 112-si isə 10 yaşadək uşaqlarla bağlı olub.

Müraciətlərin 50%-i rəqəmsal kanallar (sosial media, e-poçt, veb-sayt) üzərindən, digər 50%-i isə telefon zəngləri vasitəsilə edilib.

Çətin vəziyyətə düşmüş uşaqlara yardım məqsədilə 34 ailə mərkəzə dəvət edilərək hüquqi, psixoloji və psixososial dəstək alıb. Ümumilikdə, 90-dan çox sosial-psixoloji reabilitasiya işi həyata keçirilib, 3 məktəb və ailəyə təcili-təxirəsalınmaz səfər təşkil edilib. Bununla yanaşı, AUQX komandası xidmətin fəaliyyəti barədə məlumatlılığın artırılması məqsədilə maarifləndirmə tədbirləri də keçirib.

"Azərbaycan Uşaq Qaynar Xətt” xidməti fəaliyyətini "Azercell Telekom” MMC və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin dəstəyi, "Ümidli Gələcək" Sosial Təşəbbüslər İctimai Birliyinin idarəçiliyi ilə davam etdirir.

24/7 rejimdə fəaliyyət  göstərən Qaynar Xəttə 116111 qısa nömrəsi, +994 50 680 22 80, +994 51 580 22 80, +994 51 880 11 80, +994 51 880 22 80 mobil nömrələri, elektron poçt ünvanı ([email protected]), Facebook və Instagram sosial şəbəkə profilləri (@usaqqaynarxetti), "Uşaq Qaynar Xətti” mobil tətbiqi və AUQX-nin rəsmi veb-saytı üzərindən müraciət etmək mümkündür.


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Ərdoğan: Azərbaycanın ədalətli mübarizəsini və bölgədə davamlı sülh səylərini dəstəkləyirik
18:25 08.11.2026
Ərdoğan: Azərbaycanın ədalətli mübarizəsini və bölgədə davamlı sülh səylərini dəstəkləyirik
Ceyhun Bayramov və Hakan Fidan ayaqüstü söhbətləşdilər - Video
18:17 08.11.2026
Ceyhun Bayramov və Hakan Fidan ayaqüstü söhbətləşdilər - Video
Hörmüzdə üç tanker partladı: SEPAH digər gəmilərə xəbərdarlıq etdi
18:11 08.11.2026
Hörmüzdə üç tanker partladı: SEPAH digər gəmilərə xəbərdarlıq etdi
Kürşad Zorlu: "Azərbaycan və Türkiyə liderləri türk dünyasına çox güclü mesaj verdilər" - Video
18:01 08.11.2026
Kürşad Zorlu: "Azərbaycan və Türkiyə liderləri türk dünyasına çox güclü mesaj verdilər" - Video
Binəli Yıldırım: "Azərbaycan-Türkiyə əlaqələrini zəhərləmək üçün göstərilən səylər puça çıxdı" - Video
17:59 08.11.2026
Binəli Yıldırım: "Azərbaycan-Türkiyə əlaqələrini zəhərləmək üçün göstərilən səylər puça çıxdı" - Video
İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan Şuşa qalası önündə - FOTOLAR
17:47 08.11.2026
İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan Şuşa qalası önündə - FOTOLAR
Azərbaycan və Türkiyə prezidentləri Zəfər abidəsini ziyarət edərək önünə əklillər qoyublar
17:34 08.11.2026
Azərbaycan və Türkiyə prezidentləri Zəfər abidəsini ziyarət edərək önünə əklillər qoyublar
Birinci xanımlar çay masası əsnasında söhbət etdilər - FOTOLAR
17:18 08.11.2026
Birinci xanımlar çay masası əsnasında söhbət etdilər - FOTOLAR
Ərdoğan Ankara ilə Bakı arasında münasibətləri “sönməz məşəl” adlandırıb
17:16 08.11.2026
Ərdoğan Ankara ilə Bakı arasında münasibətləri “sönməz məşəl” adlandırıb
Prezidentlər Xocalı Soyqırımı Memorialını ziyarət etdi
17:05 08.11.2026
Prezidentlər Xocalı Soyqırımı Memorialını ziyarət etdi
"Qalatasaray" və "Fənərbağça" Azərbaycanı təbrik ediblər
17:05 08.11.2026
"Qalatasaray" və "Fənərbağça" Azərbaycanı təbrik ediblər
Rusiyada çaya düşən avtomobildə beş nəfərin meyiti tapılıb
16:53 08.11.2026
Rusiyada çaya düşən avtomobildə beş nəfərin meyiti tapılıb
“Bu gün də bir yerdəyik və gələcəkdə də bir yerdə olacağıq”
16:47 08.11.2026
“Bu gün də bir yerdəyik və gələcəkdə də bir yerdə olacağıq”
Ərdoğan "Azərbaycan-Türkiyə" şeirini səsləndirib
16:45 08.11.2026
Ərdoğan "Azərbaycan-Türkiyə" şeirini səsləndirib
Bakıda Zəfər Günü münasibətilə hərbi orkestrlərin müşayiəti ilə yürüşlər keçirilir
16:40 08.11.2026
Bakıda Zəfər Günü münasibətilə hərbi orkestrlərin müşayiəti ilə yürüşlər keçirilir
Azərbaycan Prezidenti: Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir
16:34 08.11.2026
Azərbaycan Prezidenti: Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir