Azərbaycan uşaqların istirahəti üçün dövlət standartlarını müəyyənləşdirir

Azərbaycan uşaqların istirahəti üçün dövlət standartlarını müəyyənləşdirir
Bütün Xəbərlər
19:00 07.11.2013
617

Azərbaycanda uşaqların istirahətinin təşkili sahəsində dövlət standartları qəbul ediləcək.

Trend-in məlumatına görə, bunu cümə axşamı Milli Məclisin Sosial siyasət komitəsinin iclasında müzakirə edilən "Uşaqların istirahətinin və asudə vaxtının səmərəli təşkil edilməsi haqqında" qanun layihəsi nəzərdə tutur.

Qanun layihəsi uşaqların asudə vaxtının təşkil edilməsi üzrə xidmətlərin göstərilməsinin qayda və şərtlərini, bu prosesdə iştirak edənlərin hüquq və öhdəliklərini müəyyənləşdirir, həmçinin bu sahədəki münasibətləri tənzimləyir.

Komitənin sədri Hadı Rəcəblinin sözlərinə görə, sosial sahədəki qanunların büdcə üçün maliyyə yükü daşımasına baxmayaraq, bu qanun elə də maliyyə tutumlu olmayacaq: "Bundan əlavə, qanunun məqsədi uşaqların istirahətinin təşkili üzrə xidmətlərin nəzərdə tutduğu yeni obyektlərin tikintisi deyil, məhz mövcud müəssisələrdə bu xidmətlərin keyfiyyətinin yaxşılaşdırılmasıdır".

H.Rəcəbli deyib ki, qanun layihəsi hazırlanarkən 20 ölkənin müvafiq qanunları öyrənilib.

Komitənin iclasında çıxış edən millət vəkilləri bu sahədə, xüsusilə məktəblərdə böyük problemlərin olduğunu vurğulayıblar.

Onlar, həmçinin sənəddə qanunun ayrıca bəndlərinin icrasına görə cavab verəcək konkret strukturların müəyyənləşdirilməsinin zəruriliyini qeyd ediblər.

Səhiyyə nazirinin müavini Elsevər Ağayevin sözlərinə görə, qanun qəbul edildikdən sonra dövlət proqramını təsdiq etmək lazım olacaq: "Sənəddə qanunun icrası üçün hansı maliyyə resurslarının lazım olması dəqiq göstəriləcək".

E.Ağayev deyib ki, ölkədə maliyyə cəhətdən möhkəmlənməyən layihələrin icrasının az şansı var.

Qeyd edək ki, qanun layihəsi bu sahədə dövlət siyasətinin əsas istiqamətlərini müəyyənləşdirir.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Abşeron dairəvi marşrutu üzrə qatarların iş günü qrafikində dəyişikliklər edilir
17:25 09.08.2025
Abşeron dairəvi marşrutu üzrə qatarların iş günü qrafikində dəyişikliklər edilir
İspaniya XİN: Azərbaycan və Ermənistan arasında razılaşma yekun sülhə doğru həlledici addım olacaq
17:15 09.08.2025
İspaniya XİN: Azərbaycan və Ermənistan arasında razılaşma yekun sülhə doğru həlledici addım olacaq
Azərbaycan karateçisi Çində keçirilən Dünya Oyunlarında gümüş medal qazanıb
16:52 09.08.2025
Azərbaycan karateçisi Çində keçirilən Dünya Oyunlarında gümüş medal qazanıb
Maksim Prevo: Azərbaycan və Ermənistan liderlərinin cəsarətini yüksək qiymətləndirirəm
16:32 09.08.2025
Maksim Prevo: Azərbaycan və Ermənistan liderlərinin cəsarətini yüksək qiymətləndirirəm
Livanda silah anbarında partlayış olub, 6 hərbçi ölüb
16:12 09.08.2025
Livanda silah anbarında partlayış olub, 6 hərbçi ölüb
“Azərbaycanla Ermənistan arasında unikal saziş Trampın sayəsində imzalanıb" - Tokayev
15:51 09.08.2025
“Azərbaycanla Ermənistan arasında unikal saziş Trampın sayəsində imzalanıb" - Tokayev
Bakıda it oğurlayan şəxs həbs edildi
15:39 09.08.2025
Bakıda it oğurlayan şəxs həbs edildi
AŞPA sədri: Azərbaycan və Ermənistanın sülh müqaviləsini paraflamasını alqışlayırıq
15:11 09.08.2025
AŞPA sədri: Azərbaycan və Ermənistanın sülh müqaviləsini paraflamasını alqışlayırıq
SALOĞLU-da Fabrik Qiymətinə Kampaniyasının Son 5 Günü
15:05 09.08.2025
SALOĞLU-da Fabrik Qiymətinə Kampaniyasının Son 5 Günü
“İlham Əliyev tarix yazan, tarix yaradan bir liderdir” - Xoşqədəm Hidayətqızı yazır
15:03 09.08.2025
“İlham Əliyev tarix yazan, tarix yaradan bir liderdir” - Xoşqədəm Hidayətqızı yazır
Sumqayıtda evdən 45 min manat oğurlanıb, yerinə üzərində “etibarsız” yazılmış əskinas qoyulub
14:52 09.08.2025
Sumqayıtda evdən 45 min manat oğurlanıb, yerinə üzərində “etibarsız” yazılmış əskinas qoyulub
Rusiyanın 6 aeroportunda uçuşlar dayandırıldı
14:29 09.08.2025
Rusiyanın 6 aeroportunda uçuşlar dayandırıldı
“Azərbaycan və Ermənistan arasında tarixi sülh sazişini alqışlayırıq”
14:17 09.08.2025
“Azərbaycan və Ermənistan arasında tarixi sülh sazişini alqışlayırıq”
Maya Sandu Azərbaycan və Ermənistanı təbrik edib
14:02 09.08.2025
Maya Sandu Azərbaycan və Ermənistanı təbrik edib
Qriqoryan: İran əvvəllər blokadanın aradan qaldırılmasını dəstəklədiyini bəyan edib
13:49 09.08.2025
Qriqoryan: İran əvvəllər blokadanın aradan qaldırılmasını dəstəklədiyini bəyan edib
Şəkidə 5 otaqlı evdə yanğın olub
13:40 09.08.2025
Şəkidə 5 otaqlı evdə yanğın olub