"Azərbaycan var olsun, istəməyən xar olsun" - Tarix yazan "Traktor" azarkeşləri - VİDEO

SOSİAL
13:56 05.10.2021
7242
Traktor Futbol Klubu — Təbriz şəhərinin İran milli futbol çempionatında iştirak edən futbol komandasıdır.

Klub 1970-ci ildə yaradılıb.

"Traktor" azarkeşləri İran futbol klubları azarkeşləri arasında ən çılğınları sayılırlar.

"Traktor" azarkeşlərini bəzən İspaniyanın Kataloniya əyalətinin Barselona klubunun azarkeşləri ilə müqayisə edirlər.

Katalan dili İspaniyada qadağan olunduqdan sonra "Barselona"nın azarkeşləri bu komandanın hər ev oyununda doğma Kamp Nou stadionuna axışaraq katalanca milli şüarlar səsləndirməyə başlamışlar.

Hazırda azərbaycanlılar da "Traktor"un ev oyunlarında stadionlarda milli şüarlar səsləndirirlər.

"Traktor"nin qələbə qazanmasından və ya məğlub olmasından asılı olmayaraq onlar sevimli komandalarını alqışlayırlar. Hətta komanda öz qapısından top buraxanda belə stadionda "Eybi yox! Eybi yox" sədaları eşidilir.

"Traktor" azarkeşlərinin tez-tez səsləndirdikləri bəzi şüarlar bunlardır:

Yaşasın Azərbaycan!
Yel yatar, tufan yatar, yatmaz Tirəxtur bayrağı"
Azərbaycan var olsun, İstəməyən xar olsun!
Azərbaycan yurdumuz, Tirəxtur bozqurdumuz!
Türk dilində mədrəsə, Olmalıdır hər kəsə!

Tehranda keçirilən oyunlarda bəzən Tehran klublarının azarkeşlərinin Azərbaycan türklərinə qarşı səsləndirdikləri irqçi şüarlara "Traktor" azarkeşlərinin verdikləri cavabın nəticəsində Təbriz komandası cəzalandırlıb və ev oyunlarının bir neçəsini azarkeş dəstəyi olmadan, tamaşaçısız stadionda keçirməli olub.

"Traktor" azarkeşləri həm Cənubi Azərbaycanın, həm də Azərbaycan Respublikasının problemlərini öz problemləri sayırlar. Stadionda tez-tez "Qarabağ bizimdir, bizim olacaq" şüarı səslənir. Əgər komandanın keçirdiyi oyunlar Qarabağda baş vermiş soyqırım günləri ilə üst-üstə düşürsə, şəhidlərin xatirəsi şüarlarla mütləq yad edilir.

Klub son günlər İranın Azərbaycana qarşı təhdidlərinə də səssiz qalmayıb.

Tvitter kanalında "Arazın o tayı da, bu tayı da mənim doğma el obamdır, elin o başı, bu başı olmaz. Azərbaycan birdir" paylaşımını edib. Ardınca isə "Tərəfimiz birdir, biz Azərbaycanıq" paylaşımı edilib.
 
AZXEBER.COM "Traktor" klubu haqda videonu təqdim edir:
 

OXŞAR XƏBƏRLƏR