Bu gün Andorra Senatında “Azərbaycan bu gün Avropada. Azərbaycan və Andorra arasında etibarın yaradılması” adlı konfrans keçiriləcək.
Bu barədə AZXEBER.COM-a Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən məlumat verilib.Məlumata görə, həmin tədbirdə Azərbaycanın baş nazirinin müavini, adıçəkilən komitənin sədri Əli Həsənovun rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edəcək. Nümayəndə heyətində millət vəkilləri də təmsil olunur.