Azərbaycan və Ermənistan bir-birinə güc tətbiq etməyəcək və ya güc tətbiq etməklə hədələməyəcək

Azərbaycan və Ermənistan bir-birinə güc tətbiq etməyəcək və ya güc tətbiq etməklə hədələməyəcək
SİYASƏT
17:20 11.08.2025
293
Ermənistan və Azərbaycan bir-birinə güc tətbiq etməkdən və ya güc tətbiq etməklə hədələməkdən çəkinəcəklər.

AZXEBER.COM xəbər verir ki, bu barədə "Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis olunması haqqında Sazişin” paraflanmış mətnində qeyd olunub.

"Tərəflər bir-biri ilə qarşılıqlı münasibətlərdə ərazi bütövlüyü və ya siyasi müstəqilliyə qarşı və ya BMT Nizamnaməsinə zidd olan hər hansı bir digər formada, güc tətbiq etməkdən və ya güc tətbiq etməklə hədələməkdən çəkinəcəklər. Onlar öz müvafiq ərazilərindən hər hansı üçüncü tərəfin digər Tərəfə qarşı BMT Nizamnaməsinə zidd olaraq güc tədbiq etmək üçün istifadə edilməsinə imkan verməyəcəklər", - sənəddə bildirilib.

Saziş mətninə əsasən, Tərəflər bir-birinin daxili işlərinə müdaxilədən çəkinəcəklər.
OXŞAR XƏBƏRLƏR