Azərbaycan və Ermənistan prezidentləri yenidən görüşəcək

Azərbaycan və Ermənistan prezidentləri yenidən görüşəcək
Bütün Xəbərlər
23:00 19.12.2011
1452

Bernar Fasye: "Növbəti görüş gələn ilin əvvəlində baş tuta bilər"

Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşü gələn ilin əvvəlində baş tuta bilər. Bu barədə Bakıda keçirdiyi mətbuat konfransında ATƏT-in Minsk qrupunun səlahiyyətləri başa çatmış həmsədri Bernar Fasye deyib.

“Mən artıq vasitəçilik missiyamı başa çatdırmışam. Lakin düşünürəm ki, prezidentlərin növbəti görüşü gələn ilin ilk aylarında baş tuta bilər”, - deyə o vurğulayıb.

Xatırladaq ki, ATƏT-in Minsk qrupu həmsədrlərinin Vilnüs bəyanatında prezidentlərin növbəti görüşünün planlaşdırıldığı əks olunub.

OXŞAR XƏBƏRLƏR