Püşkatma iyulun 25-də baş tutacaq.
Azərbaycan və Ermənistan yığmaları Dünya Çempionatı-2018-in seçim turunun püşkatması zamanı ayrı-ayrı qruplarda olacaq.
AZXEBER.COM xəbər verir ki, bu barədə UEFA-nın rəsmi saytında məlumat verilib.
Püşkatma 2015-ci ilin iyulun 25-dı Sankt-Peterburqda Konstantinov sarayında baş tutacaq.
Öncə milli komandalar Avropa Çempionatı -2008-in eyni seçim turunda olublar. Görüşlər 2007-ci ildə 8 və 12 sentyabrda Bakı və İrəvanda keçirilməli idi. Nəticədə UEFA bu matçları keçirməmək barədə qərar qəbul etdi.