Azərbaycan və Çin arasında təhsil əməkdaşlığında yeni mərhələ

Azərbaycan və Çin arasında təhsil əməkdaşlığında yeni mərhələ
SOSİAL
14:20 29.11.2025
146
Noyabrın 28-də Elm və Təhsil Nazirliyi ilə Çin Xalq Respublikasının Ticarət Nazirliyi arasında imzalanmış Naxçıvan Muxtar Respublikasına "İnteraktiv təhsil yardımı” layihəsinin təqdimatı və təhvil-təslim mərasimi keçirilib.

AZXEBER.COM xəbər verir ki, tədbirdə Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Ceyhun Cəlilov, elm və təhsil naziri Emin Əmrullayev, Çin Xalq Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Lu Mey və Naxçıvan Muxtar Respublikasının təhsil naziri Elxan Nəcəfov iştirak ediblər.
 
Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Ceyhun Cəlilov dövlət başçısının rəhbərliyi və xüsusi qayğısı ilə ölkəmizdə təhsilin hərtərəfli inkişafı istiqamətində genişmiqyaslı işlərin aparıldığını diqqətə çatdırıb, bu işlərin Naxçıvan Muxtar Respublikasında da uğurla icra olunduğunu vurğulayıb. Səlahiyyətli nümayəndə qeyd edib ki, "Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nda təhsilin inkişafı prioritet istiqamətlərdən biri kimi müəyyənləşdirilib və bu sahədə çoxsaylı layihələr icra olunur. 

Ceyhun Cəlilov Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında inkişaf edən əməkdaşlıq çərçivəsində reallaşdırılan layihənin muxtar respublikanın təhsil müəssisələrində interaktiv tədrisin təşkili və  təhsilalanların bacarıqlarının artırılmasında mühüm rol oynayacağına əminliyini bildirib, layihənin icrasında əməyi keçən hər kəsə təşəkkür edib. 

Elm və təhsil naziri Emin Əmrullayev Azərbaycan-Çin əlaqələrinin inkişafı fonunda elm və təhsil sahəsində də əlaqələrin dərinləşdiyini vurğulayıb. Prezident İlham Əliyevin Çin Xalq Respublikasına sonuncu səfərini xatırladan nazir bildirib ki, səfər çərçivəsində digər istiqamətlərlə yanaşı, elm və texnologiya sahələrində əməkdaşlıq haqqında protokol imzalanıb. Bu əlaqələrin tərkib hissəsi olaraq "İnteraktiv təhsil yardımı” layihəsinin icra olunması ölkəmizdə bu sahədə qabaqcıllar sırasında olan Naxçıvan Muxtar Respublikasında təhsilin innovativ əsasda daha intensiv inkişafına şərait yaradacaq. 

Səfir Lu Mey bildirib ki, son illər iki ölkə liderlərinin qayğısı və strateji rəhbərliyi sayəsində Çin-Azərbaycan münasibətləri sürətlə inkişaf edir. Bu il Prezident cənab İlham Əliyevin Çinə iki rəsmi səfəri zamanı dövlət başçıları əlaqələrin "Hərtərəfli Strateji Tərəfdaşlıq” səviyyəsinə yüksəldiyini elan ediblər.
 
Vurğulanıb ki, "İnteraktiv təhsil yardımı” layihəsi Çin hökumətinin "Azərbaycan 2020:gələcəyə baxış” inkişaf strategiyasına və Elm və Təhsil Nazirliyinin rəqəmsal transformasiya planlarına dəstəyini göstərir. 2019-cu il hökumətlərarası razılaşmasından sonra hər iki tərəfin xüsusi diqqətində olan layihə bu gün uğurla tamamlanır.

Lu Mey Çin tərəfinin Naxçıvan Muxtar Respublikası ilə təhsil və rəqəmsal texnologiyalar sahəsində regional əməkdaşlığı bundan sonra da dəstəkləyəcəyini bildirib və layihənin uğurlu nəticələr verəcəyinə əminliyini ifadə edib.

Sonra "İnteraktiv təhsil yardımı” layihəsi barədə məlumat verilib. Qeyd edilib ki, layihə çərçivəsində Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyində data mərkəzi və idarəetmə otağı yaradılıb, nazirliyə tabe müəssisələrdə isə müvafiq texniki infrastruktur qurulmaqla vahid elektron platforma istifadəyə verilib. Data mərkəzi 4 hissədən ibarət olmaqla 38 serverdən, soyutma və idarəetmə sistemindən ibarətdir. İnteraktiv qoşulmanın daha keyfiyyətli və operativ təşkili məqsədilə STEAM Mərkəzi və təhsil müəssisələrinin hər birində 2 smart lövhə quraşdırılıb, 2300 planşet şagirdlərin istifadəsinə verilib. 

Tədbirdə nazirliyin idarəetmə otağı və STEAM Mərkəzinin imkanları nümayiş etdirilib, sistemə qoşulan təhsil müəssisələri arasında bağlantının monitorinqi aparılıb. Bildirilib ki, sistemə real vaxt rejimində və sonradan qoşulmaqla STEAM Mərkəzində keçirilən dərsləri izləmək mümkündür. Pilot layihə olaraq hazırda 24 təhsil müəssisəsi yeni elektron təhsil platformasına inteqrasiya olunub. Növbəti mərhələdə muxtar respublikanın digər təhsil müəssisələrinin də bu sistemə qoşulması nəzərdə tutulur.
 
Tədbirdə Azərbaycan Respublikası Hökuməti ilə Çin Xalq Respublikası Hökuməti arasında Naxçıvan Muxtar Respublikasına "İnteraktiv təhsil yardımı” layihəsinə dair təhvil-təslim aktı imzalanıb. 
 
Sonda xatirə fotosu çəkdirilib.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Zelenskidən etiraf: "Ukrayna büdcəsində "nəhəng dəlik" var"
05:21 19.09.2026
Zelenskidən etiraf: "Ukrayna büdcəsində "nəhəng dəlik" var"
Rusiya qazı yenidən Almaniyaya tədarük edilə bilər: Şərtlər irəli sürüldü
03:15 19.09.2026
Rusiya qazı yenidən Almaniyaya tədarük edilə bilər: Şərtlər irəli sürüldü
Venesuela qızıl ehtiyatlarını Londondan Nyu-Yorka köçürür
02:37 19.09.2026
Venesuela qızıl ehtiyatlarını Londondan Nyu-Yorka köçürür
Nobel mükafatının məbləği artırıldı
01:29 19.09.2026
Nobel mükafatının məbləği artırıldı
Qarabağda gündəm olan görüntünün hekayəsi: Hərbçimizlə erməni qadın arasında diqqətçəkən dialoq - Video
01:03 19.09.2026
Qarabağda gündəm olan görüntünün hekayəsi: Hərbçimizlə erməni qadın arasında diqqətçəkən dialoq - Video
Zidan Mbappe ilə bağlı qərarını açıqladı
00:42 19.09.2026
Zidan Mbappe ilə bağlı qərarını açıqladı
Hər kəsin istifadə etdiyi ağrıkəsici ilə bağlı - Xəbərdarlıq
00:38 19.09.2026
Hər kəsin istifadə etdiyi ağrıkəsici ilə bağlı - Xəbərdarlıq
Bağça müəllimlərinin sertifikasiyası ilə bağlı TARİX açıqlandı
00:27 19.09.2026
Bağça müəllimlərinin sertifikasiyası ilə bağlı TARİX açıqlandı
İstanbulda Türk Dilli Jurnalistlərin VII Media Forumu keçirildi – Aqil Ələsgərin moderatorluğu ilə informasiya təhlükəsizliyi müzakirə olundu - FOTO - VİDEO
00:21 19.09.2026
İstanbulda Türk Dilli Jurnalistlərin VII Media Forumu keçirildi – Aqil Ələsgərin moderatorluğu ilə informasiya təhlükəsizliyi müzakirə olundu - FOTO - VİDEO
Bürclər bu günə nə deyir?
00:07 19.09.2026
Bürclər bu günə nə deyir?
ABŞ-İran gərginliyi yenidən alovlanır: Tehrandan "100 faiz hazırıq" mesajı
23:49 18.09.2026
ABŞ-İran gərginliyi yenidən alovlanır: Tehrandan "100 faiz hazırıq" mesajı
Gələn il bu müəllimlər sertifikasiyadan azad ediləcək - Agentlik direktoru
23:38 18.09.2026
Gələn il bu müəllimlər sertifikasiyadan azad ediləcək - Agentlik direktoru
Qərarsız olan dörd bürc
23:29 18.09.2026
Qərarsız olan dörd bürc
"Bunker müəllimlər" və şişirdilmiş qiymətlər: Azərbaycanda repetitorluq böhranı nədən xəbər verir?
23:12 18.09.2026
"Bunker müəllimlər" və şişirdilmiş qiymətlər: Azərbaycanda repetitorluq böhranı nədən xəbər verir?
Saxta əlillik dərəcəsi verən həkimin məhkəməsində "povestka" paylayan danışdı
23:04 18.09.2026
Saxta əlillik dərəcəsi verən həkimin məhkəməsində "povestka" paylayan danışdı
Yardımlıda açıq ərazidə yanğın olub - Video
22:53 18.09.2026
Yardımlıda açıq ərazidə yanğın olub - Video