Azərbaycan və Macarıstan prezidentlərinin təkbətək görüşü oldu
Bütün Xəbərlər
12:23 11.11.2011
1003
Bu gün Azərbaycanda rəsmi səfərdə olan Macarıstan prezidenti Pal Şmittin rəsmi qarşılanma mərasimi olub. Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.Fəxri qarovul dəstəsinin rəisi prezident İlham Əliyevə raport verib. Azərbaycan prezidenti İlham Əliyev Macarıstan prezidenti Pal Şmitti qarşılayıb.Fəxri qarovul dəstəsinin rəisi Macarıstan Respublikasının Prezidentinə raport verib.Macarıstanın və Azərbaycanın dövlət himnləri səslənib. Dövlət başçıları fəxri qarovul dəstəsinin qarşısından keçiblər.Macarıstan prezidenti Azərbaycan əsgərlərini salamlayıb.Azərbaycanın dövlət və hökumət nümayəndələri prezident Pal Şmittə, Macarıstan nümayəndə heyətinin üzvləri prezident İlham Əliyevə təqdim olunub. Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında dövlət başçılarının qarşısından keçib.Prezidentlər rəsmi foto çəkdiriblər.Bu gün rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan prezidenti İlham Əliyevin və Macarıstan prezidenti Pal Şmittin təkbətək görüşü olub. Görüşdə ikitərəfli münasibətlərin müxtəlif sahələrdə inkişafından məmnunluq ifadə olunub. Ölkələrimiz arasında əlaqələrin daha da genişləndirilməsi üçün yaxşı potensialın olduğu vurğulanıb.Macarıstan prezidenti Pal Şmittin Azərbaycana rəsmi səfərinin ölkələrimiz arasında əməkdaşlığın daha da möhkəmləndirilməsi baxımından əhəmiyyəti qeyd edilib.