Azərbaycan və Pakistan müdafiə nazirlərinin görüşü oldu

Azərbaycan və Pakistan müdafiə nazirlərinin görüşü oldu
Bütün Xəbərlər
12:06 19.11.2014
544
Pakistanda səfərdə olan Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov bu ölkənin müdafiə naziri Xavaca Məhəmməd Asif ilə görüşüb.Müdafiə nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, görüşdə qarşılıqlı əməkdaşlıq və regional təhlükəsizlik məsələləri haqqında fikir mübadiləsi aparılıb.

Noyabrın 19-da müdafiə naziri general-polkovnik Z.Həsənovla Pakistanın prezidenti cənab Məmnun Husseyn arasında görüşün keçirilməsi gözlənilir.

Onu da əlavə edək ki, səfər çərçivəsində Z. HəsənovunPakistanın Birləşmiş Qərargahlar Rəisləri Komitəsinin komandanı, general Rəşad Mahmudla da görüşü olub.

OXŞAR XƏBƏRLƏR