Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məumata görə, əməliyyatın əsas məqsədi transmilli mütəşəkkil cinayətkar dəstələrin və terrorçu təşkilatların üzvlərinin zərərsizləşdirilməsinə xidmət edir.Respublikanın Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, Quba, Qusar və Xaçmaz rayonlarını əhatə edən tədbirlər nəticəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müxtəlif maddələrilə axtarışda olan 52 nəfər tutulub. Həmçinin MDB-nin üzvü olan ölkələr tərəfindən axtarılan 29 nəfər saxlanılıb, 5 nəfər itkin düşən şəxsin yeri müəyyənləşdirilib.Qanunsuz saxlanılan 10 avtomat silah, 11 tapança, 47 ədəd yivli, ov və lüləsi kəsilmiş tüfəng, 24 qumbara, 7 minə yaxın müxtəlif çaplı patron götürülüb.Əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı 15 fakt aşkar olunub. Ümumi çəkisi 9,2 tona yaxın yabanı halda bitmiş narkotik tərkibli bitki məhv edilib.Quba və Oğuz rayonlarında isə biri keçmiş illərdən bağlı qalan 4 cinayətin üstü açılıb. Tədbir zamanı 680 inzibati hüquqpozma üzrə qanunla müəyyən olunar tənbeh cəzalarının tətbiqi təmin edilib.Cinayətlərin qarşısının alınması və açılmasında böyük əhəmiyyət kəsb etməsi baxımından analoji əməliyyatların gələcəkdə də keçirilməsi planlaşdırılır.