Azərbaycan və Tacikistan prezidentləri arasında telefon danışığı olub

Azərbaycan və Tacikistan prezidentləri arasında telefon danışığı olub
Bütün Xəbərlər
17:30 31.08.2011
1387

Avqustun 31-də Azərbaycan Respublikasının Prezidentiİlham ƏliyevTacikistan Respublikasının Prezidenti Emoməli Rəhmona telefonla zəng etmişdir. Telefon söhbəti zamanı dövlət başçıları ikitərəfli münasibətlərimizin müxtəlif sahələrdə uğurlu inkişafından məmnunluq ifadə etmiş, əlaqələrimizin daha da genişləndirilməsi üçün yaxşı potensialın mövcud olduğunu qeyd etmişlər. Prezident İlham Əliyev və Prezident Emoməli Rəhmon müqəddəs Ramazan bayramı münasibətilə bir-birini təbrik etmiş, xalqlarımıza əmin-amanlıq və firavanlıq arzulamışlar. Dövlət başçıları regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparmışlar.

OXŞAR XƏBƏRLƏR