Azərbaycan və Türkiyə arasında kommunikasiya sahəsində əməkdaşlıq güclənir

Azərbaycan və Türkiyə arasında kommunikasiya sahəsində əməkdaşlıq güclənir
SOSİAL
11:30 03.07.2026
140
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və tabeliyindəki qurumların kommunikasiya üzrə nümayəndə heyəti Türkiyədə səfərdə olub.

AZXEBER.COM xəbər verir ki, səfərin məqsədi əmək, məşğulluq və sosial müdafiə sahəsində kommunikasiya, media və ictimaiyyətlə əlaqələrin təşkili üzrə Türkiyənin müvafiq qurumları ilə təcrübə mübadiləsi aparmaq olub.

Səfər çərçivəsində nümayəndə heyəti Ankarada Türkiyə Respublikasının banisi Mustafa Kamal Atatürkün məzarını – Anıtqəbri, həmçinin Heydər Əliyev Parkında Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib.

Azərbaycan nümayəndələri Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə Əlaqələr Departamentinin, eləcə də Türkiyənin Əmək və Sosial Müdafiə Nazirliyi və Ailə və Sosial Xidmətlər Nazirliyinin media və ictimaiyyətlə əlaqələr üzrə rəhbər şəxsləri ilə görüşlər keçiriblər.

Görüşlərdə Azərbaycan və Türkiyə arasında strateji tərəfdaşlığın kommunikasiya sahəsində də inkişaf etdiyi vurğulanıb. Tərəflər strateji kommunikasiya, vətəndaşyönümlü xidmətlərin təşviqi, rəqəmsal media ilə iş, süni intellektdən istifadə, dezinformasiya ilə mübarizə, media monitorinqi və kontent hazırlanması istiqamətlərində təcrübələrini bölüşüblər.

Həmçinin ölkəmizdə əmək və sosial müdafiə sahəsində həyata keçirilən islahatlar, DOST konsepsiyası, rəqəmsal və proaktiv xidmətlər, eləcə də ictimai etimadın gücləndirilməsi istiqamətində görülən işlər barədə məlumat verilib.

Tərəflər həssas əhali qrupları ilə kommunikasiya, qeyri-hökumət təşkilatları ilə əməkdaşlıq, operativ məlumatlandırma və koordinasiya mexanizmləri sahəsində əməkdaşlığın gələcəkdə daha da genişləndirilməsinin vacibliyini vurğulayıblar.

OXŞAR XƏBƏRLƏR