Azərbaycan vergidən yayınan iki nəfəri beynəlxalq axtarışa verdi

Azərbaycan vergidən yayınan iki nəfəri beynəlxalq axtarışa verdi
Bütün Xəbərlər
12:00 25.07.2014
699
Azərbaycan vergidən yayınan daha iki nəfəri beynəlxalq axtarışa verib.Bu barədə İnterpolun saytında məlumat yerləşdirilib.

Məlumata görə, 51 yaşlı Sergey Slobodin və 47 yaşlı Ruslan Çobanov Cinayət Məcəlləsinin 213-cü (vergidən yayınma) maddəsi ilə təqsirləndirilirlər.

Hər iki şəxs Azərbaycandan qaçıb, onların saxlanılması üçün İnterpola müraciət olunub.

Hazırda dövlətlərarası axtarış tədbirləri davam etdirilir.

//APA

OXŞAR XƏBƏRLƏR