Marif Məmmədov qətldə günahkar bilindi.
2014-cü ilin oktyabr ayının 10-da Xantı-Mansiysk rayonu məhkəməsi Marif Məmmədova dair qərarı açıqlayıb, o, Yuliya Pıxteyevanın qətlində günahkar bilinib. Məhkəmədə zorlama epizodunun sübut edilmədiyi qeyd edilib.AZXEBER.COM YQRA-ya istinadən xəbər verir ki, cinayətkar, 13 il və 2 ay müddətinə azadlıqdan məhrum edilib. Məhkum cəzasını ciddi rejimli koloniyada çəkəcək. Nəzərə alsaq ki, daha öncə əmlak cinayətinə görə 2 il müddətinə cəza alıb, Məmmədov həbsxanada ümumilikdə 15 il 2 ay keçirəcək.
Qətl hadisəsi 2014-cü ilin may ayının 14-də Xantı-Mansiyskdə baş verib. Marif Məmmədov yaşayış binasının qarşısnda 23 yaşlı tanışını güdərək, onu yaşadığı binanın girişində öldürüb. Səbəb isə Yuliya Pıxteyavanın ondan üz döndərməsi və artıq ona geri qayıtmaq istəməməsi olub.
Qeyd etmək lazımdır ki, qətldən bir ay öncə Yuliya Pıxteyava Məmmədov tərəfindən zorlanması barədə ərizə ilə hüquq-mühafizə orqanlarına müraciət edib. Amma bölmənin baş müstəntiqi Şərif Aripov cinayət işi açmayıb. Bu hərəkətinə görə o, işdən azad edilib və ona dair cinayət işi açılıb. İndiyə qədər bu iş məhkəməyə çıxarılmayıb və çox güman ki, baş müstəntiq yüngülvari qulaqburması ilə yaxasını qurtaracaq.