Azərbaycan vətəndaşı olan gənc Türkiyədə yoxa çıxıb - FOTOLAR

Azərbaycan vətəndaşı olan gənc Türkiyədə yoxa çıxıb -  FOTOLAR
Bütün Xəbərlər
14:45 26.11.2014
1168

Türkiyədə azərbaycanlı gənc itkin düşüb.

Bu barədə İnterpolun saytında məlumat yerləşdirilib.

Məlumatda qeyd olunur ki, Azərbaycan vətəndaşı, 23 yaşlı İmanov Elçin Bəkir oğlu Türkiyənin Hatay şəhərində yoxa çıxıb.

E. İmanovun özündən 3 yaş böyük qardaşı Həzi İmanov da 2013-cü ilin yayında Türkiyənin Hatay şəhərində itkin düşüb. Onun itkin düşməsi haqqında məlumatlar bu ilin yayında İnterpolun saytında yerləşdirilib.

Hazırda onların tapılması istiqamətində beynəlxalq axtarışlar davam etdirilir.///APA

OXŞAR XƏBƏRLƏR