Azərbaycan Xalq Cumhuriyyətinin 95 illik yubleyinə həsr olunmuş elmi-praktik konfrans keçiriləcək

Azərbaycan Xalq Cumhuriyyətinin 95 illik yubleyinə həsr olunmuş elmi-praktik konfrans keçiriləcək
Bütün Xəbərlər
14:25 21.05.2013
952

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası mayın 23-də Xalq Cumhuriyyətinin 95 illik yubleyi münasibəti ilə elmi-praktik konfrans keçirəcək.

Toplantıda Azərbaycan Xalq Cumhuriyyətinin keçdiyi şərəfli tarixi yol haqqında məruzə dinləniləcək, vətəndaş cəmiyyəti nümayəndələri mövzu ilə bağlı fikirlərini bildirəcəklər.

Konfransda ölkəmizdə akreditə olunan beynəlxalq təşkilatların və səfərliklərin nümayəndələrinin, QHT rəhbərlərinin və KİV təmsilçilərinin iştirakı nəzərdə tutulur.

Toplantı “Park İNN” otelinin “ Dan ulduzu” konfrans zalında saat 11:00-da təşkil olunacaq.

OXŞAR XƏBƏRLƏR