Xəbər verdiyimiz kimi, bu gün Milli Məclisin sabiq deputatı Hadı Rəcəbli 76 yaşında vəfat edib.
Sabiq millət vəkili ilə keçirilən vida mərasimində onun deputat yoldaşları, dövlət rəsmiləri iştirak edib.
Milli Məclisin deputatı İqbal Məmmədov AZXEBER.COM-a açıqlamasında dəyərli dostunu itirdiyini dilə gətirib:
"Hadı Rəcəblinin itkisi Azərbaycan xalqı üçün böyük itkidir. Hadı müəllim dəyərli dost, dəyərli ziyalı və ən əsası təcrübəli deputat yoldaşımız olub. Mən onunla 10 il deputat yoldaşı olmuşam. Dəfələrlə səfərdə olmuşuq.Onun özünəməxsus yumoru var idi.Allah ailəsinə və əzizlərinə səbr versin. Böyük bir ziyalımızı itirdik".
Günel Hüseynli
Fərid Faiqoğlu