İrandan vətəndaşlarını Azərbaycan vasitəsilə təxliyə etmək üçün 25-dən artıq ölkədən müraciət edilib.
Bu barədə Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə deyib.
Qeyd edək ki, təxliyə prosesi Astara Sərhəd Gömrük-keçid məntəqəsindən həyata keçirilir.










































