Azərbaycan XİN Sinqapuru Müstəqillik Günü münasibətilə təbrik edib

Azərbaycan XİN Sinqapuru Müstəqillik Günü münasibətilə təbrik edib
SOSİAL
12:16 09.08.2026
217

Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) milli bayram münasibətilə Sinqapuru təbrik edib.

AZXEBER.COM xəbər verir ki, XİN bu barədə "X" sosial şəbəkə hesabında paylaşım edib.

"Milli Bayram münasibətilə Sinqapur Respublikasının xalqına və hökumətinə səmimi təbriklər. Milli Bayramın mübarək, Sinqapur", - paylaşımda qeyd olunub.

Xatırladaq ki, 9 avqust Sinqapurda Müstəqillik Günü kimi qeyd olunur. Belə ki, 1965-ci il avqustun 9-da Sinqapur Malayziya Federasiyasından ayrılaraq müstəqil və suveren dövlət olduğunu elan edib.

OXŞAR XƏBƏRLƏR