Azərbaycan XİN Türkiyə xalqını və dövlətini təbrik etdi

Azərbaycan XİN Türkiyə xalqını və dövlətini təbrik etdi
SİYASƏT
10:44 30.08.2026
301
Azərbaycan Xarici İşlər Nazirliyi 30 avqust – Türkiyə Respublikasının Zəfər bayramı münasibətilə Türkiyə xalqını və dövlətini təbrik edib.

AZXEBER.COM xəbər verir ki, bu barədə XİN-in sosial şəbəkə hesabında paylaşım edilib.

"30 avqust – Türkiyə Respublikasının Zəfər bayramı münasibətilə qardaş Türkiyə xalqını və dövlətini səmimi-qəlbdən təbrik edirik.

Türkiyənin müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsini dərin ehtiramla yad edir, qardaş xalqımızın sarsılmaz iradəsi, əzmi və qəhrəmanlığı ilə qazandığı tarixi Zəfəri qürurla qeyd edirik. Zəfər bayramınız mübarək!” – deyə paylaşımda bildirilib.
 

OXŞAR XƏBƏRLƏR