Azərbaycan yeni parlamentini seçir

Azərbaycan yeni parlamentini seçir
Seçki2024
10:04 09.02.2020
1122
Bu gün Milli Məclisə növbədənkənar seçkilər keçirilir. 

AZXEBER.COM-un məlumatına görə, səsvermə 08:00-dan etibarən başlayır və saat 19:00-a qədər davam edəcək. 

Seçkilərdə 125 seçki dairəsi üzrə 1314 nəfər deputatlığa namizəd mübarizə aparır. Seçki 125 seçki dairəsi üzrə 5573 seçki məntəqəsində keçiriləcək. 

Rəsmi məlumata görə, Azərbaycanda Milli Məclisə seçkilərdə 5 milyon 329 min 460 nəfər şəxsin səsvermə hüququ var. 

Seçkilərlə əlaqədar 77 790 yerli müşahidəçi qeydiyyatdan keçib. Onlardan 35 152-i siyasi partiyaların müşahidəçiləridir.

Seçkilərlə bağlı 883 beynəlxalq müşahidəçi akkreditasiyadan keçib. 

OXŞAR XƏBƏRLƏR