Azərbaycan yığması Dünya Çempionatına vəsiqə qazandı
İDMAN
22:51 18.12.2011
2251
Bu gün futzal üzrə dünya çempionatının əsas seçmə mərhələsinin Bakıda keçirilən V qrupunun oyunlarına yekun vurulub. Apasport.az saytının məlumatına görə, dekabrın 15-də start götürən turnirin sonuncu – III turu pley-offa 2 vəsiqənin sahibini müəyyənləşdirib. Turnirə məğlubiyyətlə başlayan Azərbaycan milli komandası ardıcıl 2-ci qələbəsini qazanmaqla qrup 2-cisi olub. Yığmamız qrupun lideri Ukraynanı 2 top fərqilə məğlub edərək Avro-2012-nin meydan sahibi olan Xorvatiyanı qrupda saxlayıb. Millimiz pley-offa qalib kimi çıxmaq vəzifəsi üçün daha 1 qol vurmalı olsa da bunu bacarmayaraq 2-ci olub. 18 dekabrXorvatiya – Makedoniya - 4:1 Şuton, 4, Marinoviç, 13, 38, Qrqiç, 30 - Miçevski, 19Azərbaycan – Ukrayna - 4:2 Felipe, 14, Fərəczadə, 26, Serjao, 34, Borisov, 35 - Roqaçov, 12, Romanov, 28 1. Ukrayna 3 2 0 1 8-6 6 2. Azərbaycan 3 2 0 1 12-6 6 3. Xorvatiya 3 2 0 1 8-6 6