Azərbaycana 1.2 mln turist gəlib

Azərbaycana 1.2 mln turist gəlib
Bütün Xəbərlər
12:38 27.09.2013
642
“Bu ilin altı ayı ərzində Azərbaycana gələn turistlərin sayı 9,4% artıb”.

Bunu mədəniyyət və turizm naziri Əbülfəs Qarayev “27 sentyabr - Ümumdünya Turizm günü” konfransında deyib.

O bildirib ki, yarım il müddətində Azərbaycan 1 milyon 196 min turist qəbul edib. Bundan başqa nazir deyib ki, bu il İrandan ölkəmizə gələn turistlərin sayı 8% azalıb. Nazir bunu İrandakı keçid dövrü ilə əlaqələndirib: “Biz düşünürük ki, qonşu ölkələr bizim prioritet istiqamətlərimizdir”.

Ə.Qarayev İran İslam Respublikası ilə Azərbaycan arasında viza sisteminin ləğv edilməsi ilə bağlı jurnalistlərin sualını belə cavablandırıb: “Siz bilirsiniz ki, İran keçid dövrü yaşadı. Yeni rəhbərlik, yeni struktur formalaşdı. Biz tərəfdən imzalanan müqavilələrə sadiq qalaraq yeni danışıqlar aparılacaq”.

OXŞAR XƏBƏRLƏR