Bu gün saat 09.14 radələrində bahar Azərbaycana gəldi. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının direktoru Əyyub Quliyev bildirib ki, ötən gün Günəş səmanın cənub yarımkürəsindən şimal yarımkürəsinə keçid edib.Həmin an Günəş Yerin hərəkət müstəvisi ilə Yerin ekvator müstəvisinin kəsişdiyi nöqtədə olub. Bu nöqtəyə astronomiyada “yaz bərabərliyi nöqtəsi” deyilir.