Azərbaycana düz bağırsağında narkotik gətirmək istədilər

Azərbaycana düz bağırsağında narkotik gətirmək istədilər
Bütün Xəbərlər
17:23 07.08.2015
1453
DGK məlumat yayıb.
İrandan Azərbaycana narkotik gətirən iki nəfər saxlanılıb.
Dövlət Gömrük Komitəsindən AZXEBER.COM-a verilən məlumata görə, hər iki şəxs Astara Gömrük İdarəsində saxlanılıb.
Sərnişin şöbəsində Azərbaycan vətəndaşı Səxavət Əhmədovun üzərində şəxsi yoxlama zamanı onun düz bağırsağından 4 ədəd bükümdə, ümumi xalis çəkisi 41,050 qram tiryək aşkar olunub.
Digər Azərbaycan vətəndaşı Aqşin Şahbazlının üzərində şəxsi yoxlama zamanı isə onun düz bağırsağından 2 ədəd bükümdə, ümumi xalis çəkisi 21,275 qram heroin və xalis çəkisi 4,028 qram metamfetamin aşkar edilib.
Hər iki faktla bağlı təhqiqat aparılır.
OXŞAR XƏBƏRLƏR