"Azərbaycana milli ruhlu gənc kimi dönmək arzusundayam" - MÜSAHİBƏ

GƏNCLİK
10:08 18.03.2014
2082

AZXEBER.COM-un "Gənclər danışır" rubrikasının növbəti qonağı Türkiyədə təhsil alan həmyerlimiz Təhminə Seyidzadədir. - İlk olaraq, oxucularımıza özünüz haqqında məlumat verərdiz.- Mən Təhminə Seyidzadə 1994-cü ildə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda anadan olmuşam. Orta təhsilimi Kimya –Biologiya təmaüllü litseyde almışam. 2010-cu ildə hemin məktəbin məzunu olmuşam. Hazırda Türkiyə Cümhuriyyəti Anadolu Unversitetinin İdaretme fakultesinin 3-cü kurs tələbəsiyəm. Türkiyə Mızunları İctimai Birliyinde Xaricdə Təhsil və karyera şöbesinin sedriyəm. Bir sözlə, Seyidzade vətənini sevən və hər zaman onu layiqince təmsil etməyə çalısan milli ruhlu gəncdir.

- Azərbaycan gəncliyinin bugünkü durumunu necə dəyərləndirirsiz?

- Əminliklə deyə bilərəm ki, MDB-nin və Avropanın gənclərə ən yüksək səviyyədə diqqət ayıran ölkəsi Azərbaycandır. Elə bu səbəbdən də gənclərimiz onlara ayrılan diqqəti istər ölkə daxilində, istərsə də xaricdə yetərincə təmsil edirlər. Gəncləri yaşlı nəsildən fərqləndirən əsas cəhətlərdən biri də geniş maraq dairəsinə malik olmalarıdır.

- Gəncləri əyləncəyə daha çox meylli olmaqla günahlandıranlar da var. Hazırda müasir gəncliyi hansı nüanslar maraqlandırır?

- Gənclərlə bağlı bir iradda ucuz şöhrət arxasınca qaçmalarıdır. Sənətə meyl edən gənclərin əksəriyyətinin şou biznesə üz tutması bu qənaəti bir qədər möhkəmləndirir. Ancaq faktdır ki, son illər ölkəmizdə gənclərin fərdi təşəbbüsünü dəstəkləmək məqsədilə xeyli iş görülüb. Azərbaycan Prezidenti yanında Gənclər Fondunun yaranması da bu qəbildən olan addımdır. Həm bir təşkilat nümayəndəsi, həm də fəal bir gənc olaraq artıq uzun illərdir qeyri-formal təhsil sahəsində işləyirəm. Bu sahədə çalışan gənclərin böyük dəstəkçisi olan Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu artıq 3 ildir ki, fəaliyyət göstərir. Yarandığı ilk gündən gənclərin ideya və təşəbbüslərinin dəstəklənməsi və reallaşması sahəsində öz tövhələrini vermişdir. Və bu istiqamət üzrə də fəaliyyətini davam etdirir. İnanıram ki, bu Fond mən və mənim kimi milli ruhlu gənclərin fondudur. Mən və mənim kimi 100-lərlə gəncini ideyasının həyata keçirilməyində yardımçı olduğuna görə Gənclər Fonduna və bu Fondun yaradılmasına eləcə də gənclərə bu qədər dəstəyin göstərilməsinə görə cənab Prezident İlham Əliyevə təşəkkürümü bildirmək istərdim.

- Ümumiyyətlə, gənclərə dövlət səviyyəsində göstərilən qayğı sizi qane edirmi?

- Bu mənada Ümummilli Lider Heydər Əliyevin fikirləri gənclər üçün çıraq olmuşdur: “Gənclər özlərin Azərbaycanın gələcəyi naminə layiqincə hazırlamalıdırlar. Hər bir gənc öz yolunu müstəqi Azərbaycan Respublikasının həyat yolu kimi qəbul etməlidir. Gənclərimizin əsas vəzifəsi özünü müstəqil Azərbaycan Respublikasının inkişafına həsr etməkdən ibarət olmalıdır”.

Ümumilli Liderin Azərbaycan gəncliyi ilə bağlı olan konsepsiyasına görə hər bir gəncin müstəqil düşüncə tərzi olmalı, özünü dərk, özünü təsdiq yaranmalıdır. “Yalnız milli xarakterli, düşüncəli gənclər müstəqil dövləti inkişaf etdirə və qoruyabilər”. Gənclərin ictimai-siyasi proseslərdə, müstəqil Azərbaycanın inkişafında lazımı səviyyədə iştirak edə bilməsi üçün mənəvi əsas olmalıdır. Bu mənəvi əsas əsrlər boyu xalqımızın əldə etdiyi milli dəyərlər, vətənpərvərlik duyğusu, torpağa bağlılıq, milli tariximizə olan sevgidən ibarətdir. Bu gün gənclərimiz məhz bu zəmin əsasında ölkəmizin bütün idarə etmə stukturlarında, qrumlarda, vətəndaş cəmiyyəti institutlarında layiqincə təmsil olunur. Azərbaycan gəncliyi bu mövqedə öz məsuliyyətini dərin dərk edir və üzərinə düşən işin öhtəsindən layiqincə gəlməyə çalışır. Azərbaycanın gələcək uğurları bugün gəncliyin sahibləndiyi bilik, bacarıq və mənəvi tərbiyədən asılıdır.

- Bir gənc olaraq nə kimi tədbirlər görürsüz?

- Bildiyiniz kimi, internetdən informasiya əldə edən gənclərimiz üstünlük təşkil edir. Mən və gənc dostlarım da internetdən məqsədyönlü istifadə edərək dünya ictimayyətinə Azərbaycan həqiqəti ilə bağlı bütün faktları çatdırırıq. Hal-hazırda yayqın olan sosial şəbəkələrdə istər vətənpərvərliyin təbliği, istərsə də hər hansı bir məlumatın dünya ictimaətinə çatdırılmasında TUMİB (red. Türkiyə Universitetləri Məzunları İctmai Birliyi) gəncləri fəal iştirak edir. TUMİB-in nəzdində olan Gənc Filmçilər Mərkəzinin üzviyəm. Mərkəzdə istedadlı gənclər çalışır. Mərkəzimizin məqsədi internetdən, mediadan uğurlu istifadə edərək günümüzdə qloballaşan informasiya müharibəsinə qoşulmaq və gənclərimizi buna cəlb etməkdir. İlk işimiz olan “Xocalı – Sən hələdə bu faciədən bixəbərsən??” sosial çarxı ilə uğur qazandıq çarx bir necə dövlət qurumunda nümayiş olundu və dünya ictimaiyətinə Xocalı ilə bağlı faktlar 7 dildə çatdırıldı. Hətta Ermənistan ictimaiyyətində belə böyük əks-səda doğurdu.

- İnsan bütün yaşlarda xəyal qurur. Amma gənclərin xəyalları daha çox gələcək karyera ilə bağlı olur. Sizcə, yaxşı karyera qurmaq üçün hansı addımlar atmaq lazımdır. Siz gələcəkdə nələri planlasdirirsız?

- Xəyallar real olacaği günü gözlərlər. Həyatda əlçatmaz deye bir şey yoxdur yeter ki, istə, inan ve iradəli ol. Gənclər xəyalların real olması üçün mübariz olmalıdırlar. Yaxşı karyera üçün mükəmməl təhsil, milli ruh və vətən sevgisi olmalıdır. 

- Son olaraq nə demək istərdiz?

Mən hələ gəncəm uğurlarımın hələ qarşıda olduğuna inanıram. Həyatda hər zaman bəlli hədəfləri olan insan olmuşam. Öncə həyatdan nə istədiyimi bilib, elə hərəkət etmişəm. Türkiye Cümhuriyyetinin Anadolu universitetini bitirib ikinci universitetde tehsil almaği duşünürem.Magistr tehsilimide Amerikada almağı planlaşdiriram. Təhsilimi yüksək səviyyədə davam etdirib, Azərbaycana milli ruhlu siyasetçi gənc kimi dönmək arzusundayam.

Gələcək fəaliyyətimdə TÜMİB-in üzvü kimi gənclərlə bağlı reallaşacaq lahiyələrdə iştirak edəcəyəm.AZXEBER.COM

OXŞAR XƏBƏRLƏR