Gürcüstan Prezidenti Mixail Kavelaşvilinin aprelin 15-16-da Azərbaycana edəcəyi ilk rəsmi səfərinin proqramı açıqlanıb.
AZXEBER.COM "Qafqazinfo”ya istinadən xəbər verir ki, bu haqda Gürcüstanın Birinci Kanalı Kavelaşvilinin administrasiyasına istinadən məlumat yayıb.
Səfər çərçivəsində Kavelaşvilinin Azərbaycan Prezidenti İlham Əliyevlə görüşəcəyi bildirilib.
Habelə, onun Azərbaycanın Baş Naziri Əli Əsədov və Milli Məclisin sədri Sahibə Qafarova ilə yüksək səviyyəli təkbətək və geniş tərkibdə görüşləri də nəzərdə tutulub.
Prezidentin başçılıq etdiyi gürcü nümayəndə heyətinə Gürcüstanın xarici işlər nazirinin müavini Laşa Darsaliya, parlament üzvləri Givi Mikanadze, Zaur Darqali və Savalan Mirzoyev daxildir.