Azərbaycana sel gəldi, kəndlər su altında qaldı - VİDEO

Azərbaycana sel gəldi, kəndlər su altında qaldı - VİDEO
Bütün Xəbərlər
13:53 29.06.2012
2157
Gecə saatlarında Goranboy və Naftalanda başlayan güclü yağışlar sellə nəticələnib. Sel nəticəsində 20-yə yaxın yaşayış məntəqəsi sel sularının təsirinə məruz qalıb. Sel nəticəsində ilk olaraq Goranboyun dağlıq ərazidə yerləşən yaşayış məntəqələrini su basıb. Daha sonra isə məcrasından çıxan Qaraçay və Gorançay ətrafdakı yaşayış məntəqələrinə dolub. Yüzlərlə ev və ticarət obyektləri sular altında qalıb.Sel suları Bakı-Qazax magistral yolunun Goranboy ərazisindəki bir hissəsini də basıb. Avtomobillərin hərəkətində problem yaranıb. Bəzi avtomobillər isə selin içində qalıb. Təbii fəlakət Naftalan şəhərinə və şəhərə bitişik Qasımbəyli kəndinə də ziyan vurub. Sel suları nəticəsində evləri uçan Aslanovlar ailəsi son anda ölümdən xilas ola bilib.Selin gətirdiyi lil kənd sakinlərinin evlərindəki əşyaların sıradan çıxmasına səbəb olub. Dərhal əraziyə texnika cəlb olunaraq təbii fəlakətin qarşısı qismən alınıb.Gecə saat 02:00-dan sonra sel səngiməyə başlayıb. Hazırda Fövqəladə Hallar Komissiyasının əməkdaşları təbii fəlakət zonasında araşdırma aparır. Dəyən ziyanın miqdarı da günün ikinci yarısında məlum olacaq.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Prezident Qlobal Media Forumundan paylaşım etdi - VİDEO
23:54 19.07.2025
Prezident Qlobal Media Forumundan paylaşım etdi - VİDEO
Paolo von Şirak: Azərbaycan inkişaf edən gənc və gələcəyi parlaq ölkədir - VİDEO
23:46 19.07.2025
Paolo von Şirak: Azərbaycan inkişaf edən gənc və gələcəyi parlaq ölkədir - VİDEO
Aİ bu tarixdən benzinlə işləyən avtomobilləri qadağan edəcək
23:37 19.07.2025
Aİ bu tarixdən benzinlə işləyən avtomobilləri qadağan edəcək
Dağıstanda yol qəzasında 18 uşaq yaralanıb
23:21 19.07.2025
Dağıstanda yol qəzasında 18 uşaq yaralanıb
Suriya qüvvələri Əs-Suveydanın şimal və qərbində mövqe tutub
23:06 19.07.2025
Suriya qüvvələri Əs-Suveydanın şimal və qərbində mövqe tutub
Çin Tibetdə dünyanın ən böyük su elektrik stansiyasının tikintisinə başlayıb
22:52 19.07.2025
Çin Tibetdə dünyanın ən böyük su elektrik stansiyasının tikintisinə başlayıb
"Neftçi"nin yeni transfer hədəfi məlum oldu
22:42 19.07.2025
"Neftçi"nin yeni transfer hədəfi məlum oldu
Tramp: "İranın yeni nüvə obyektləri məhv edilə bilər"
22:24 19.07.2025
Tramp: "İranın yeni nüvə obyektləri məhv edilə bilər"
Sumqayıtda tanışını bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanıldı
22:05 19.07.2025
Sumqayıtda tanışını bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanıldı
Prezident: Azərbaycan ilə Ermənistan arasında etimadın zəmanəti beynəlxalq hüquq normaları olmalıdır
21:54 19.07.2025
Prezident: Azərbaycan ilə Ermənistan arasında etimadın zəmanəti beynəlxalq hüquq normaları olmalıdır
Ukrayna Rusiyaya yeni danışıqlar raundu keçirməyi təklif edib
21:43 19.07.2025
Ukrayna Rusiyaya yeni danışıqlar raundu keçirməyi təklif edib
“Azərbaycan mediasının inkişafı məni çox sevindirir” - İlham Əliyev
21:39 19.07.2025
“Azərbaycan mediasının inkişafı məni çox sevindirir” - İlham Əliyev
İlham Əliyev: Fransa ilə Yeni Kaledoniya arasında baş verən hadisə tarixi presedentdir
21:33 19.07.2025
İlham Əliyev: Fransa ilə Yeni Kaledoniya arasında baş verən hadisə tarixi presedentdir
ADSEA jurnalistlərin 150 illik yubiley bayramını təbrik etdi - FOTOLAR
21:27 19.07.2025
ADSEA jurnalistlərin 150 illik yubiley bayramını təbrik etdi - FOTOLAR
Azərbaycan Prezidenti: Artıq cənnətin kiçik bir parçasını öz gözlərimizlə görürük
21:06 19.07.2025
Azərbaycan Prezidenti: Artıq cənnətin kiçik bir parçasını öz gözlərimizlə görürük
Prezident: Biz xarici investorları enerji sektoruna cəlb edirik
21:02 19.07.2025
Prezident: Biz xarici investorları enerji sektoruna cəlb edirik