Azərbaycana son 19 ilin ən soyuq havası gəldi

Azərbaycana son 19 ilin ən soyuq havası gəldi
MARAQLI
12:28 28.10.2011
2257

Hazırda ölkə ərazisində müşahidə edilən soyuq hava şəraiti oktyabr ayı üçün səciyyəvi deyil və anomal hesab edilir. Bunu Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Umayra Tağıyeva deyib. O, bildirib ki, son 15-20 il ərzində oktyabr ayı nisbətən mülayim keçib. Umayra Tağıyevanın sözlərinə görə, hazırda müşahidə edilən hava şəraiti daha çox noyabr ayının ortaları üçün səciyyəvidir. Çoxillik meteoroloji müşahidələrə görə, respublikada belə anomal soyuq hava şəraiti sonuncu dəfə 19 il əvvəl - 1992-ci ilin oktyabrında müşahidə edilib. Büro direktoru qeyd edib ki, oktyabrın 25-i axşam ölkə ərazisinə şimaldan soyuq atmosfer kütlələrinin daxil olması nəticəsində hava şəraiti kəskin dəyişib. Hazırda Bakı və Abşeron yarımadasında havanın temperaturu çoxillik normadan 4 dərəcəyədək aşağıdır. Dünən maksimal temperatur Bakı və Abşeron yarımadasında 9-11 dərəcə təşkil edib. Son iki gün ərzində Bakıya düşən yağıntının miqdarı 29 mm təşkil edib ki, bu da aylıq normaya bərabərdir. Onun sözlərinə görə, belə intensiv yağıntılar yalnız Bakı və Abşeron yarımadasında qeydə alınmayıb. Ən güclü yağıntılar Lənkəran-Astara bölgəsində düşüb. Orada oktyabrın 26-da 72 mm yağıntı qeydə alınıb. Həmin zonada intensiv yağıntılar bu gün də davam edir. “İntensiv yağıntılar respublikanın əksər rayonlarında müşahidə edilib. Nisbətən mülayim yağıntılar bəzi Mərkəzi Aran rayonlarında olub. Respublikanın dağlıq ərazilərində düşən yağıntı qar şəklində olub və qar örtüyü əmələ gəlib”, - Umayra Tağıyeva əlavə edib. O bildirib ki, oktyabrın 26-da Qafqazın yüksək dağlıq ərazilərində havanın temperaturu 8 dərəcədən 13 dərəcəyədək şaxta təşkil edib. Böyük Qafqazın Tufandağ zirvəsində oktyabrın 26-da havanın temperaturu 13,6 dərəcə, Şahdüzündə 6,2 dərəcə şaxta olub. Umayra Tağıyeva deyib ki, yaxın günlər ərzində ötən günlərdə olduğu kimi, intensiv yağıntılar gözlənilmir. Bu həftənin sonunadək, əsasən, səhər və axşam saatlarında respublikanın rayonlarında yağmurlu hava davam edəcək. Yalnız Lənkəran-Astara bölgəsində oktyabrın 28-də intensiv yağıntı davam edəcək.

//Ans Press

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
"Sabah" "Vikinq"lə oyunda hesabı açdı - Canlı
00:18 05.11.2026
"Sabah" "Vikinq"lə oyunda hesabı açdı - Canlı
İran Ukrayna şəhərlərini vurmaqla hədələdi
00:16 05.11.2026
İran Ukrayna şəhərlərini vurmaqla hədələdi
Bakının iki qəsəbəsində yollarda hərəkət məhdudlaşdırılacaq
00:03 05.11.2026
Bakının iki qəsəbəsində yollarda hərəkət məhdudlaşdırılacaq
Komitə Samvel Karapetyan və daha 8 nəfərin həbsini tələb edib
00:00 05.11.2026
Komitə Samvel Karapetyan və daha 8 nəfərin həbsini tələb edib
Sabah bir rayonda qaz olmayacaq
23:56 04.11.2026
Sabah bir rayonda qaz olmayacaq
Xamenei: "ABŞ-nin İrana qarşı siyasəti dəyişməyəcək"
23:54 04.11.2026
Xamenei: "ABŞ-nin İrana qarşı siyasəti dəyişməyəcək"
"Fənərbağça" "Liverpul"u son dəqiqələrdə məğlub etdi
23:50 04.11.2026
"Fənərbağça" "Liverpul"u son dəqiqələrdə məğlub etdi
“Tramp hələ də sizin prezidentinizdir”
23:45 04.11.2026
“Tramp hələ də sizin prezidentinizdir”
Masallıda itkin düşən şəxs Bakıda tapıldı
23:26 04.11.2026
Masallıda itkin düşən şəxs Bakıda tapıldı
Belqorodda Ukrayna PUA-sının mikroavtobusa hücumu nəticəsində 3 nəfər ölüb
23:04 04.11.2026
Belqorodda Ukrayna PUA-sının mikroavtobusa hücumu nəticəsində 3 nəfər ölüb
UEFA Çempionlar Liqası: "Vikinq" və "Sabah" komandalarının start heyətləri açıqlanıb
23:00 04.11.2026
UEFA Çempionlar Liqası: "Vikinq" və "Sabah" komandalarının start heyətləri açıqlanıb
Polad Həşimovun anasının səhhətində problem yarandı: Təcili xəstəxanaya yerləşdirildi
22:50 04.11.2026
Polad Həşimovun anasının səhhətində problem yarandı: Təcili xəstəxanaya yerləşdirildi
Ərdoğan: Prezident İlham Əliyevə ən səmimi arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram
22:44 04.11.2026
Ərdoğan: Prezident İlham Əliyevə ən səmimi arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram
Tramp İrana qarşı 1979-cu ildə tətbiq edilən sanksiyaları daha bir il uzadıb
22:33 04.11.2026
Tramp İrana qarşı 1979-cu ildə tətbiq edilən sanksiyaları daha bir il uzadıb
Bəzi tibb müəssisələrinin rəhbərlərinə xəbərdarlıq edildi: Vəzifələrindən azad olunacaqlar?
22:24 04.11.2026
Bəzi tibb müəssisələrinin rəhbərlərinə xəbərdarlıq edildi: Vəzifələrindən azad olunacaqlar?
Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər
22:14 04.11.2026
Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər