Azərbaycana müharibə xəbərdarlığı edildi - "Onlar bilirlər ki, yenidən müharibə başlasa..."

Azərbaycana müharibə xəbərdarlığı edildi -  "Onlar bilirlər ki, yenidən müharibə başlasa..."
SİYASƏT
15:03 06.05.2026
1612
Ermənistan Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Kristine Qriqoryan Baş nazir Nikol Paşinyanın müxalifət parlament seçkilərində qalib gələcəyi təqdirdə Azərbaycanla yeni müharibə barədə xəbərdarlığını məntiqli adlandırıb. Bu barədə o, parlamentdə müxalif deputatların müvafiq suallarını cavablandırarkən bildirib.

Politoloq Elxan Şahinoğlu AZXEBER.COM-a açıqlamasında deyib ki, yeni müharibə olarsa, Azərbaycan yenidən qalib olacaq:

"Müxalifətin qalib gələcəyi təqdirdə müharibə ehtimalı o qədər də böyük deyil. Radikallar Azərbaycan və Paşinyan əleyhinə fikirlər səsləndirsələr də, başa düşürlər ki, müharibə onlara baha başa gələ bilər. Yeni müharibə olarsa, Azərbaycan yenidən qalib olacaq. Onlar bilirlər ki, yenidən müharibə başlasa, Ermənistan yenə məğlub ola bilər və bu, ərazilərin və insan itkilərinin artmasına səbəb olar”.
 


O bildirib ki, erməni cəmiyyəti sülh istəyirsə, Paşinyanın siyasi xəttini davam etdirməlidir:

"Nikol Paşinyan da hesab edir ki, radikallar hakimiyyətə gələrsə, müharibə riski arta bilər. Onun bu tezisi ona görə əsaslı görünür ki, erməni cəmiyyəti sülh istəyirsə, Paşinyanın siyasi xəttini davam etdirməlidir. Əks halda, müharibə tərəfdarı olan qüvvələrə səs verilmiş olar”.

Politoloq qeyd edib ki, Paşinyanın seçkilərdə qələbə qazanma ehtimalı yüksəkdir:

"Hesab edilir ki, erməni cəmiyyətinin əksəriyyəti Paşinyana səs verəcək. Sorğulara görə də Paşinyanın partiyası öndədir və onun seçkilərdə qələbə qazanma ehtimalı yüksəkdir. Son seçkilər zamanı Ermənistanda  saxtakarlıq halları qeydə alınmayıb. Lakin Paşinyan qalib gələrsə, radikallar xaos yaratmaq məqsədilə seçki nəticələrini tanımaya bilərlər”.

Şahanə Ziyad
OXŞAR XƏBƏRLƏR