Azərbaycanda 1 gündə 8 nəfər dəm qazından zəhərləndi
Bütün Xəbərlər
16:58 03.12.2011
1496
Azərbaycanda 1 gündə 8 nəfər dəm qazından zəhərlənib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, dekabrın 2-də Bakının Nizami rayonu ərazisində yaşayan Viktoriya Yevtuşenko dəm qazından zəhərlənərək ölüb.Dekabrın 2-də Şirvan şəhər sakinləri Rza Bağırov, arvadı Həqiqət və qızı Cəmilə evlərindən dəm qazından zəhərlənmə ilə xəstəxanaya gətirilib, vəziyyətləri qənaətbəxşdir.