Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 37 cinayət faktı qeydə alınıb.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, onların da 22-si “isti izlər”lə açılıb.Həmçinin ötən günlərdən bağlı qalmış 3 cinayətin üstü açılıb. Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 11 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib.Respublikanın avtomobil yollarında 6 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 5 nəfər ölüb, 2 nəfər isə yaralanıb.Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 1 fakt müəyyən edilib.Cinayət törətdiklərinə görə 20 nəfər tutulub.