Azərbaycanda 10-cu sinif şagirdi özünü asdı

Azərbaycanda 10-cu sinif şagirdi özünü asdı
Bütün Xəbərlər
10:20 09.03.2012
881
 Azərbaycanın Lerik rayonunda 10-cu sinif şagirdi intihar edib. Lerik rayon prokuroru Salman Səmədovun ANS PRESS-ə verdiyi məlumata görə, rayonun Tikanbənd kənd sakini, 15 yaşlı Seymur Şücaəddin oğlu Hacıyev özünü asıb. Hadisə yeri və meyit müayinə edilib. Meyidin üzərində heç bir zorakılıq əlamətləri aşkar edilməyib. Araşdırmalar zamanı məlum olub ki, bir neçə vaxt bundan əvvəl Seymur Hacıyevin 5 yaşlı qardaşı rəhmətə gedib. Oğlan hadisədən sonra özünə gələ bilmirmiş. Həmişə qardaşını xatırlayır və özünə qapanırmış. Ötən gün Seymur yaşadığı evdən 80 metr aralıda meşəyə qoyun otarmağa gedib və orada özünü ağacdan asıb. Mərhumun cəsədini ailə üzvləri ağacdan asılmış halda tapıblar.
OXŞAR XƏBƏRLƏR