Azərbaycanda 10 yaşlı uşaq çayda batdı

Azərbaycanda 10 yaşlı uşaq çayda batdı
Bütün Xəbərlər
11:36 16.06.2014
872
Azərbaycanda 10 yaşlı uşaq çayda batıb. APA-nın məlumatına görə, hadisə Zaqatala rayonunda qeydə alınıb.
Gəncə şəhər sakini, 2004-cü il təvəllüdlü Raul Aqil oğlu Əmiraslanov Katex çayında çimərkən boğularaq ölüb. Uşağın meyiti sudan çıxarılaraq ailəsinə təhvil verilib.
Zaqatala rayon Polis Şöbəsindən faktı təsdiqləyiblər. Polisdən həmçinin bildirilib ki, çayda boğulan uşağın atası Daxili Qoşunların zabitidir.
Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR