Bakı Metropoliteni qarşıdakı beş il ərzində 11 stansiya inşa etməyi planlaşdırır.
AZXEBER.COM xəbər verir ki, bu barədə Bakı Metropoliteni rəisinin müavini Arif Rəsulov “Azərbaycan - 10 ildə. Sosial-iqtisadi inkişaf: dövlət proqramlarının icrası” sərgisində bildirib.Onun sözlərinə görə, bu stansiyaların ən azı 8-i qarşıdakı 3 il ərzində istismara veriləcək.A.Rəsulov qeyd edib ki, beş il ərzində yeni “Bənövşəyi xətt”in ilk 5 stansiyasının təhvil verilməsi nəzərdə tutulur ki, artıq bu xətt üzrə “Memar-Əcəmi-2” və “Avtovağzal” stansiyaları gələn ilin ortasında istifadəyə veriləcək:“Sonrakı iki ildə isə bu xəttin digər 3 stansiyası istismara veriləcək”.Metropoliten rəisinin müavini, həmçinin əlavə edib ki, Dövlət Proqramına uyğun olaraq, mövcud xətlərin inkişafı da unudulmayıb.Onun sözlərinə görə, beş il ərzində Yaşıl xəttin daha 3 stansiyasının inşası da planlaşdırılıb:“Hazırda şərti adı “Həzi Aslanov-2” stansiyasının, eləcə də Köhnə və Yeni Günəşli qəsəbələri istiqamətindəki tunellərin qazıntısı aparılır.Deməli, yaxın illərdə Nobel prospekti boyunca daha üç stansiya inşa olunacaq. Hazırda Yaşıl xəttin “Xətai-Həzi Aslanov-2”sahəsində aparılan işləri də nəzərə alsaq, 5 il ərzində cəmi 11 stansiya inşa olunacaq”,-deyə o qeyd edib.