Saatlı rayonunda azyaşlı oğlan özünə qəsd edib. Rayon Prokurorluğundan Milli.az-a verilən məlumata görə, şəhər sakini olan 13 yaşlı Zülfüqar Əliyev özünü asıb. Orta məktəbin 7-ci sinif şagirdinin meyiti oktyabrın 4-də sintetik iplə asılmış vəziyyətdə aşkarlanıb.Azyaşlının özünə qəsd etməsinin səbəbləri məlum deyil. Mərhumun orta məktəb şagirdi olduğu bildirilir.