Azərbaycanda 13 yaşlı oğlan 49 yaşlı qızla evləndirilib - DƏHŞƏT
Bütün Xəbərlər
18:41 07.08.2012
4582
Son vaxtlar Azərbaycanda erkən yaşda evlənmələrdən çox danışılır. Bu da səbəbsiz deyil. Çünki respublikamızın müxtəlif regionlarında erkən yaşda ailə qurma halları çoxalıb. Amma erkən evlilikdən danışılanda ancaq qızlardan söz açılır, onların 14-15 yaşlarında ərə verilməsi əleyhinə fikirlər səsləndirilir. Yəqin çoxlarına məlum deyil ki, Azərbaycanda erkən yaşda evləndirilən oğlan uşaqları da var və onlar özlərindən xeyli böyük qızlarla ailə qurmağa məcbur edilirlər. Ekspertlər belə hesab edirlər ki, istər qız olsun, istərsə də oğlan, erkən yaşda evlilik insan hüquqlarının pozulmasıdır. YUNİSEF-in ekspertləri isə belə evlilikləri seksual istismar forması sayırlar. Onların fikrincə, erkən yaşda ailə quran yeniyetmələr ailə və dostlardan ayrılır, yaşıdlarla ünsiyyətdə sərbəstliyini itirir, ictimai həyatda iştirakdan kənarda qalır, həmçinin onların təhsil almaq imkanları məhdudlaşır.Müşahidələrə görə, əgər əvvəllər erkən nikahlara Azərbaycanın daha çox cənub bölgəsində rast gəlinirdisə, indi ölkənin hər yerində bu az qala ənənəyə çevrilir. Əslində bu məsələdən danışılarkən “nikah” sözü işlədiləməməlidir. Çünki erkən evlilik zamanı rəsmi cütlük arasında nikah bağlanılmır, ancaq molla kəbini kəsilir. Demoqrafiya məsələlərini araşdıran ekspert İbrahim Həmidovun sözlərinə görə, erkən yaşda evliliyə səbəb düzgün formalaşmayan stereotiplərdir. “Bəzi ailələrdə belə fikirləşirlər ki, qız nə qədər çox evdə qalarsa, bir o qədər də problemlər çoxalar. Ona gördə də belə ailələr çalışırlar ki, qızlarını vaxtından tez-14, 15, 16 yaşlarında ərə versinlər”.Ekspert deyir ki, erkən yaşda evliliyin digər səbəbi kimi valideynlərin maddi vəziyyətinin pis olmasıdır: “Övladına təhsil verə bilməyən, ailəni dolandırmaqda çətinlik çəkən bir sıra valideynlər qızları 17-18 yaşa çatmadan ərə verməyə çalışırlar ki, yükləri bir qədər azalsın”.Yuxarıda qeyd etdiyimiz kimi, Azərbaycanda erkən yaşda evləndirilən oğlan uşaqları da var və onlar özlərindən xeyli böyük qızlarla ailə qururular (bəlkə də valideynləri tərəfindən bun məcbur edilirlər). Azərbaycan qanunvericiliyinə görə, ölkəmizdə oğlanlar ən tezi 18 yaşda nikaha girə bilərlər.Modern az Azərbaycanın Lerik rayonunda erkən yaşda evliliklə bağlı maraqlı bir fakt əldə edib. Belə ki bu rayonun Vistan kəndində 13 yaşlı oğlan 49 yaşlı qızla evləndirilib. Biz bəzi səbəblərdən onların ad və soyadlarını yazmaq istəmədik. Qeyd edək ki, bir il öncə qurulan bu ailənin hələ ki övladı dünyaya gəlməyib.Dövlət Statistika Komitəsinin açıqladığı demoqrafik göstəricilərdə də oğlan uşaqlarının vaxtından tez ailə qurduqlarına dair məlumatlar yer alır. Məsələn Komitənun məlumatına görə, təkcə 2008-ci ildə Azərbaycanda 18 yaşına çatmayan 35 oğlan evləndirilib. Onlardan 25-i yaşca özlərindən böyük qızlarla ailə qurub. Yalnız 10 oğlanın izdivaca girdiyi gəlinin yaşı 18-dən aşağı olub.