Azərbaycanda 14 yaşlı məktəbli özünü asdı

Azərbaycanda 14 yaşlı məktəbli özünü asdı
Bütün Xəbərlər
12:41 31.08.2013
1560

Azərbaycanın Şabran rayonunda intihar hadisəsi baş verib.

Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə rayonun Zeyvə kəndində qeydə alınıb. Kənd sakini, 14 yaşlı İzzət Habil oğlu Mahmudov yaşadığı evdə özünü asıb. Onun özünə qəsd etməsinin səbəbləri hələlik məlum deyil. Mərhum orta məktəb şagirdi imiş.

Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.

OXŞAR XƏBƏRLƏR