Azərbaycanda 18 dərəcəyədək şaxta olacaq

Azərbaycanda 18 dərəcəyədək şaxta olacaq
Bütün Xəbərlər
11:57 19.12.2013
807

Bu gün hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gündüz mülayim şimal-qərb küləyi əsəcək.

Bu barədə AZXEBER.COM-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən bildirilib.Məlumata görə, havanın temperaturunun gecə 0-3, gündüz 6-10 dərəcə isti olacağı gözlənilir.Azərbaycanın rayonlarında isə bu gün hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 5-10 dərəcə isti, dağlarda gecə 6-11, yüksək dağlıq ərazilərdə 14-18 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti olacağı gözlənilir.

OXŞAR XƏBƏRLƏR