Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) Məlumat Hesablama Mərkəzi (MHM) elektron imza vəsiqələri barədə mayın 31-i tarixinə olan statistik məlumatı açıqlayıb.
AZXEBER.COM Nazirliyin electron xəbər xidmətinə istinadən xəbər verir ki, ölkə üzrə əldə olunan elektron imza sertifikatları 18998 ədəd təşkil edib.Artıq dövlət qurumlarına 12924 elektron imza sertifikatı verilib. Hüquqi şəxslərə verilmiş sertifikatların sayı 907-yə çatıb. Vətəndaşlar isə 5167 sertifikat əldə ediblər.