Azərbaycanda 19 yaşlı tələbənin ölümünün səbəbləri açıqlandı

Azərbaycanda 19 yaşlı tələbənin ölümünün səbəbləri açıqlandı
Bütün Xəbərlər
00:35 04.05.2012
2273

15 gün öncə dünyasını dəyişmiş Leyla Nəcəfovanın ölümünə səbəb baş-beyin iltihabı olub

15 gün bundan əvvəl dünyasını dəyişən 19 yaşlı tələbə Leyla Nəcəfovanın ölümünün səbəbləri məlum olub. Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin rəisi Şakir Musayevdən aldığımız məlumata görə, Leylanın ölümünə səbəb baş-beyin iltihabı olub. Birliyin rəisi bildirib ki, təhlil zamanı adekvat tədbirlər görüldüyü aşkarlanıb. Amma bu xəstəlik gənc qızın orqanizminə sürətlə yayıldığından qarşısını almaq mümkün olmayıb. Xatırladaq ki, Azərbaycan Koorperasiya Universitetinin 2-ci kurs tələbəsi olan Leyla Yasamal rayonu, Məhəmməd Xiyabani küçəsi 33-də kirayələdiyi mənzildə rəfiqəsi ilə qalırmış. Qızın vəziyyəti ötən ayın 10-u axşamdan pisləşib, qızdırması olduğundan ona evdə antibiotik iynə vurulub. Sonradan isə vəziyyətinin ağırlaşdığını görəndə, Təcili Tibbi Yardım çağırıblar. Səhəri gün isə onun səhhəti daha da pisləşdiyindən Leylanın Qubada qalan ailəsinə xəbər verilib. Valideynləri gəlib onu Klinik Tibbi Mərkəzə çatdırıblar. Mərkəzin toksikologiya şöbəsinə şok vəziyyətində aparılan Leylanın antibiotik iynədən sonra anaflaktik şok keçirərək öldüyü ehtimal edilirdi.

Ans Press

OXŞAR XƏBƏRLƏR