Azərbaycanın Balakən rayonunda məktəbli qızlar itkin düşüb. Balakən Rayon Polis Şöbəsindən ANS PRESS-ə verilən məlumata görə, ötən gün Balakən şəhər sakini, 1996-cı il təvəllüdlü Mədinə Abdulqədir qızı Əhmədova və Gərəkli kənd sakini, 1996-cı il təvəllüdlü Nailə Nizami qızı Omarova məktəbə getmək adı ilə evdən çıxıblar. Sonradan onları görən olmayıb. Qızların valideynləri övladlarının itməsi barədə polisə məlumat verdikdən sonra onların axtarışına başlanılıb.Qeyd edək ki, Mədinə Əhmədova və Nailə Omarova Balakənin rayon mərkəzində yerləşən orta məktəbin yuxarı sinif şagirdləridir.