Azərbaycanda 2 nəfər kanalizasiya quyusuna düşdü və öldü

Azərbaycanda 2 nəfər kanalizasiya quyusuna düşdü və öldü
Bütün Xəbərlər
12:18 14.12.2012
1942
İmişli rayonunda yerləşən şəkər zavodunda faciəvi hadisə baş verib. Rayon Polis Şöbəsindən verilən məlumata görə, zavodun həyətində iki nəfər kanalizasiya quyusuna düşərək ölüblər. Belə ki, 1965-ci il təvəllüdlü Azər Cəbiyev və 1977-ci ildə anadan olan Namiq Məmmədov zavod ərazisindəki kanalizasiya quyusuna düşüblər. Nəticədə onlar ağır bədən xəsarətləri alıblar və hadisə yerindəcə keçiniblər. Faktla əlaqədar cinayət işi başlanılıb, araşdırmalar aparılır.
OXŞAR XƏBƏRLƏR