Azərbaycanda 2 yaşlı uşaq suda boğuldu

Azərbaycanda 2 yaşlı uşaq suda boğuldu
Bütün Xəbərlər
07:55 13.08.2012
1280

Azərbaycanda iki yaşlı uşaq su kanalında boğulub.

AZXEBER.COM-un Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən verdiyi xəbərə görə, nazirliyin “112” qaynar telefon xəttinə daxil olmuş məlumatda, 2010-сu il təvəllüdlü Nərmin Pərvin qızı Hüseynova Yuxarı Qarabağ kanalının Bərdə rayonu, Qaradırnaq kəndindən keçən hissəsində batdığı bildirilib.

Nazirliyin xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub, axtarışlara başlanılıb.

N. Hüseynovanın cəsədi batdığı yerdən, təxminən, 1200 m məsafədə dalğıc-xilasedicilər tərəfindən tapılaraq sudan çıxarılıb.

OXŞAR XƏBƏRLƏR